![]() Məhkəmə-Hüquq Şurasının rəsmi internet səhifəsi |
|
31.03.2021 HAKİMLİYƏ NAMİZƏDLƏRLƏ YAZILI İMTAHAN KEÇİRİLƏCƏKDİR |
|
Hakimlərin Seçki Komitəsi bildirir ki, test imtahanında müvəffəqiyyət qazanmış hakimliyə namizədlərlə yazılı imtahan aprel ayının 9-da, saat 11:00-da Dövlət İmtahan Mərkəzinin binasında (Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28) keçiriləcəkdir. Namizədlər «İmtahana buraxılış vərəqəsi»ni Məhkəmə-Hüquq Şurasının İnternet saytı vasitəsilə (jlc.gov.az) elektron qaydada əldə edə bilərlər. İmtahan COVİD-19 pandemiyası ilə bağlı xüsusi karantin rejiminin tələblərinə əməl olunmaqla keçiriləcəkdir. İmtahan yerinə saat 10:00-dan gec olmayaraq gəlmək lazımdır. İmtahana gələrkən şəxsiyyət vəsiqəsi və «İmtahana buraxılış vərəqəsi» mütləq təqdim edilməlidir. Əks təqdirdə namizəd imtahana buraxılmayacaqdır. Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62 | |