![]() Məhkəmə-Hüquq Şurasının rəsmi internet səhifəsi |
|
09.04.2008 MƏHKƏMƏ-HÜQUQ ŞURASININ SƏDRİ İLƏ GÖRÜŞ |
|
![]() Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıc ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşdür. Qonağı Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir, iki ölkə arasında tarixi köklərə malik dostluq və qardaşlıq əlaqələrinin günbəgün inkişaf etdiyini bildirmiş, ölkələrimiz arasında mövcud olan zəngin ![]() Görüşdə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hərtərəfli demokratik islahatlar, o cümlədən ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi, hakimliyə namizədlərin ən mütərəqqi, şəffaf üsullarla seçilməsi və digər istiqamətlərdə görülən genişmiqyaslı işlər barədə məlumat verilmişdir. Hüquqi sahədə təcrübə mübadiləsinin əhəmiyyəti qeyd edilərək, səmərəli əməkdaşlıq nəticəsində yüksək ixtisaslı türkiyəli mütəxəssislər ![]() Sürətli inkişaf dövrünü yaşayan Azərbaycanda həyata keçirilən hərtərəfli islahatları, ədliyyə və məhkəmə sahəsində görülən mütərəqqi tədbirləri və əldə edilən uğurları yüksək qiymətləndirən səfir, hüquqi sahədə əlaqələrin və qarşılıqlı səfərlərin hər iki tərəf üçün əhəmiyyətini vurğulamış, əməkdaşlığın genişlənməsinə səylərini əsirgəməyəcəyini bildirmişdir. Görüşdə hüquqi əməkdaşlığın konkret sahələri ilə bağlı faydalı fikir mübadiləsi aparılmışdır. Sonra qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur. | |