Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    

    
               www.president.az

    

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
ÖLKƏ PREZİDENTİNİN VƏTƏNDAŞLARA QAYĞISI MİNNƏTDARLIQLA QARŞILANIR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikamızın hərtərəfli tərəqqisi, insanların sosial rifahı naminə müdrik siyasəti, qəbul etdiyi ardıcıl mühüm qərarlar əhali tərəfindən daim dəstəklənir. Vətən müharibəsində Böyük Qələbəmiz Prezident-Xalq birliyinin təntənəsi olub.

Verdiyi vədləri şərəflə yerinə yetirən dövlət başçısı hər bir vətəndaşın prezidenti olduğunu Vətənə və xalqa sədaqətlə xidmət etməklə təsdiq edir. Bütün bunlar vətəndaşların ölkə rəhbərinə ünvanladığı çoxsaylı məktub və müraciətlərdə də aydın ifadə olunur.

Dövlət başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə, o cümlədən şəhid ailələrinin və müharibə iştirakçılarının qayğılarına həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarının icrası daim diqqətdə saxlanılır. Pandemiya şəraitinin davam etməsi nəzərə alınaraq müraciətlərə elektron qaydada baxılması təmin edilir, videoformatda mütəmadi qəbullar keçirilir.

Cari ildə videoqəbullar zamanı paytaxtın və müxtəlif rayon və şəhərlərin, o cümlədən Qarabağ və Şərqi Zəngəzur bölgəsindən olan ümumilikdə 700-ə yaxın vətəndaşların, şəhid ailə üzvlərinin və hərbçilərin müraciətləri dinlənilərək qaldırılan məsələlərin həlli ilə bağlı zəruri tədbirlər görülüb.

Dekabrın 22-də Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov tərəfindən paytaxtda və bölgələrdə yaşayan vətəndaşların növbəti videoqəbulu keçirilib.

Regional ədliyyə idarələri vasitəsilə qəbula qoşulan hər bir vətəndaş diqqətlə dinlənilib, onların müraciətləri araşdırılması üçün nəzarətə götürülərək, konkret tədbirlər görülməsi ilə bağlı aidiyyəti məsul işçilərə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar dövlət başçısı İlham Əliyevin əvəzsiz xidmətləri ilə ölkəmizi daim irəli apardığını, öz Prezidenti ətrafında “dəmir yumruq” kimi sıx birləşən xalqımıza böyük qələbə sevinci yaşatdığını bildirərək, ölkə rəhbərinə əlamətdar yubileyi münasibətilə sevgi dolu səmimi təbriklərini çatdırıblar.

Həmçinin, vətəndaşların qayğılarına həssaslıq və diqqətlə yanaşılaraq müraciətlərinin dinlənilməsi üçün videoqəbulların keçirilməsindən məmnunluq ifadə olunub.

Çap et

23.12.2021
 













© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az