Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    

    
               www.president.az

    

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
AZƏRBAYCAN RESPUBLİKASI APELLYASİYA MƏHKƏMƏLƏRİ HAKİMLƏRİNİN TƏYİN EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Aşağıdakı hakimlər Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

1.1. Hüseyn Cavid Vaqif oğlu,

1.2. Oruczadə Aytən Pənah qızı.

2. Aşağıdakı hakimlər Gəncə Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

2.1. Həsənov İslam Telman oğlu,

2.2. İsgəndərova Aygül Vulqar qızı.

3. Məmmədov Zahid Tahir oğlu Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilsin.

4. Cavadova Günay İsmayıl qızı Şəki Apellyasiya Məhkəməsinin hakimi təyin edilsin.

5. Aşağıdakı hakimlər Şirvan Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

5.1. Abdullayev İlkin Qismət oğlu,

5.2. İsmayılov Orxan Nadir oğlu.

6. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri                 Sahibə Qafarova

Bakı şəhəri, 24 dekabr 2021-ci il

Çap et

24.12.2021
 













© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az