Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
MƏHKƏMƏ-HÜQUQ ŞURASININ SƏDRİ İLƏ GÖRÜŞ

Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda keçiriləcək prezident seçkilərinin müşahidə olunması üzrə Xüsusi Komitəsinin seçkiqabağı missiyasının başçısı Andres Herkelin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 18-də Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədovla görüşmüşdür.

Respublikamızda aparılan hərtərəfli islahatların uğurlarını qeyd edən nazir, dövlətimizin qarşıdan gələn prezident seçkilərini tam şəffaf və demokratik keçirmək iradəsini vurğulamış, bununla bağlı ədliyyə orqanlarının və məhkəmələrin üzərinə düşən vəzifələrdən, habelə penitensiar müəssisələrdə seçkilərin mükəmməl təşkili üzrə görülən tədbirlərdən danışmışdır.

Avropa Şurası ilə əməkdaşlığın daim yüksək səviyyədə olduğunu bildirən Andres Herkel müşahidə missiyası üçün lazımi şərait yaradıldığına görə təşəkkürünü bildirmiş, seçki zamanı yerli və beynəlxalq müşahidənin aparılmasının əhəmiyyətini qeyd etmişdir. Qonaqlar həmçinin bir sıra digər məsələlərə toxunaraq ölkə Prezidenti cənab İlham Əliyevin ötən ay imzaladığı əfv fərmanını yüksək qiymətləndirmiş, vətəndaş cəmiyyəti ilə əməkdaşlığın gücləndirilməsi, ədliyyə orqanlarının inkişafı və sair aktual məsələlər ətrafında faydalı fikir mübadiləsi aparmışlar.

Çap et

18.09.2008
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az