Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    

    
               www.president.az

    

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI
Ölkə Prezidenti cənab İlham Əliyevin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tövsiyə və tapşırıqları üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin şəffaf şəraitdə və obyektiv meyarlar əsasında seçimi davam edir.

Test üsulu ilə və yazılı imtahanlarda müvəffəqiyyət qazanmış 64 nəfər namizədlə Hakimlərin Seçki Komitəsi tərəfindən şifahi imtahanlar keçirilib.

İmtahanlar zamanı namizədlərə hüququn müxtəlif sahələrinə dair 5 sual verilib və onların hər biri yarım saat ərzində bu sualları cavablandırıb. Namizədlərə bərabər şərait yaradılması və obyektivliyin təmin edilməsi məqsədilə imtahan sualları hər gün bilavasitə imtahandan əvvəl, imtahan keçirilən auditoriyada hazırlanıb və onlar tərəfindən sərbəst cavablandırılıb.

Suallar namizədlərin bilik səviyyəsinin, fikirlərini səlist ifadə etmək bacarığının, məntiqi nəticələr çıxarmaq qabiliyyətinin, ümumi dünya görüşünün müəyyən olunmasına imkan verib.

COVİD-19 pandemiyası ilə bağlı xüsusi karantin rejiminin tələblərinə əməl olunmaqla keçirilmiş imtahanların nəticəsinə görə 60 və daha çox bal toplamış 41 nəfər tədris kurslarına buraxılıb.

Həmin kurslarda namizədlərin hakimlik fəaliyyətinə hazırlanmaları təmin ediləcək, hakimin etik davranışı, korrupsiya ilə mübarizə, insan haqları, beynəlxalq normalar və digər aktual məsələlərə dair mövzular nüfuzlu yerli və beynəlxalq ekspertlərin iştirakı ilə tədris olunacaq, onlar məhkəmələrdə staj keçəcəklər.

Tədris mərhələsinə buraxılmış hakimliyə namizədlərin

SİYAHISI

Soyadı, adı, atasının adı
1.       Ağabəyov Nicat Rauf oğlu
2.       Alıyeva Həlimə Rəşid qızı
3.       Allahverdiyev Səlim Məhərrəm oğlu
4.       Almazova Aysev Mehman qızı
5.       Aslanov Murad Şamxal oğlu
6.       Babaşov Fuad Bəhruz oğlu
7.       Cəbrayılzadə Elza Vaqif qızı
8.       Cəfərli Orxan Nazim oğlu
9.       Cəlilov Əli İsa oğlu
10.     Dadaşova Şəfa Əliövsət qızı
11.     Əfəndizadə Mehriban Xalid qızı
12.     Əhmədova Nərmin Məzahir qızı
13.     Əlisoy Xalidə Kəramət qızı
14.     Əliyev Asif Əmrah oğlu
15.     Əliyev Fərid Nadir oğlu
16.     Əliyev Kamil Çingiz oğlu
17.     Əsgərova-Məmmədova Leyla Səyavuş qızı
18.     Hacıyeva Sahibə Cavid qızı
19.     Hacıyeva Sülhanə Sərdar qızı
20.     Hacızadə Fəxri Hümmət oğlu
21.     Hüseynov Nahid Nəsir oğlu
22.     Hüseynova Amilya Aqil qızı
23.     İmanova Nigar Arzu qızı
24.     Məlikov Tural Rauf oğlu
25.     Məmmədova Şəfəq Ənvər qızı
26.     Məmmədova Səidə Hüseynağa qızı
27.     Məmmədzadə Səbinə Adil qızı
28.     Mustafayev Taleh Məhəmmədəli oğlu
29.     Nəcəfov Hilal Nəcəfalı oğlu
30.     Nuriyev Rəşad Mövsüm oğlu
31.     Poladova Aytən Esman qızı
32.     Qasımova Vüsalə Yadigar qızı
33.     Qədirli Nigar Aftandil qızı
34.     Qədirova Şəbnur Şakir qızı
35.     Quliyev Camal Yusifəli oğlu
36.     Quliyeva Gülnaz Elxan qızı
37.     Rzayeva Aynur Tapdıq qızı
38.     Sadıqova Aynurə Vahid qızı
39.     Səfərli Xədicə Əlicabbar qızı
40.     Sultanov Səməd Samir oğlu
41.     Tağıyeva Nərgiz Nazim qızı

Çap et

25.06.2021
 













© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az