Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
MƏHKƏMƏ FƏALİYYƏTİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ ÜZRƏ TƏDBİRLƏR DAVAM ETDİRİLİR

Məhkəmə-Hüquq Şurasının geniş iclası keçirilmişdir. Bütün apellyasiya məhkəmələri, Bakı şəhərinin rayon və digər məhkəmə sədrlərinin iştirakı ilə keçirilən iclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri, Ədliyyə Naziri Fikrət Məmmədov ölkəmizdə ən yüksək demokratik standartlar çərçivəsində, mütəşəkkil keçirilmiş prezident seçkilərinin uğurla başa çatmasını, xalqımızın yüksək vətəndaş həmrəyliyi nümayiş etdirərək öz tarixində növbəti nailiyyətə imza atmasını vurğulamışdır.

Qeyd edilmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı tapşırıqlarının icrası üzrə görülən tədbirlər, o cümlədən yeni regional apellyasiya məhkəmələrinin fəaliyyətə başlaması, hakim ştatlarının 50 faiz artırılması, 160-dək yüksək hazırlıqlı hakimliyə namizədin Avropada ən mütərəqqi qaydalarla seçilib hakim təyin edilmələri, habelə haqlı narazılığa və digər neqativ hallara yol verən 30-dan çox hakimin səlahiyyətlərinə xitam verilməsi məhkəmə sisteminin fəaliyyətinə müsbət təsir göstərmiş, məhkəmələrə inamı yüksəltmişdir.

Həmçinin, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsində işlərin qeydə alınması, bölgüsü və hərəkətinin beynəlxalq standartlara uyğun aparılmasının əhəmiyyəti nəzərə alınaraq, bu sahədə müvafiq Təlimat qəbul olunub bu ildən tətbiq edilməyə başlanmış və bu ərəfədə onun məhkəmələrdə tətbiqi vəziyyətinin monitorinqi keçirilmişdir.

Məhkəmə-Hüquq Şurasının iclasında monitorinqin nəticələri müzakirə olunmuş, Təlimatın icrası nəticəsində məhkəmə aparatlarının işinin xeyli təkmilləşməsi, əksər məhkəmələrdə işlərin bərabər və obyektiv bölgüsünün təmin olunması, bu sahədə tədricən vahid təcrübənin formalaşması bildirilmişdir. Bununla yanaşı qeyd olunmuşdur ki, bəzi məhkəmələr tərəfindən Təlimatın tətbiqinə lazımi diqqət yetirilməmiş, işlərin bölgüsünün yeni qaydalarına heç də həmişə əməl edilməmiş, digər pozuntulara yol verilmişdir.

İclasda qeyd edilən pozuntular müvafiq məhkəmə sədrlərinin nəzərinə çatdırılmış, Təlimatın tələblərinə ciddi əməl edilməsi, habelə icra və əmək intizamının möhkəmləndirilməsi, vətəndaşların haqlı narazılığına səbəb olan halların aradan qaldırılması ilə bağlı tədbirlər müəyyən edilmişdir.

Həmçinin, iclasda hakimlər barədə intizam icraatlarına baxılaraq kobud qanun pozuntularına yol verdiklərinə görə Ağır cinayətlərə dair işlər üzrə məhkəmənin hakimi Həsən Əliyevə, Bakı şəhəri Yasamal rayon məhkəməsinin hakimi Svetlana Əhmədovaya, Lerik rayon məhkəməsinin hakimi Nizami Hümbətova töhmət verilmiş, süründürməçiliyə və korrupsiyaya şərait yaradan hallara yol verdiyinə görə Bakı şəhəri Qaradağ rayon məhkəməsinin hakimi Mayisə Hüseynovanın intizam qaydasında başqa işə keçirilməsi barədə qərar qəbul olunmuşdur.

İclasda bəzi hakimlər tərəfindən qanunvericiliyin tələblərinin pozulması ilə bağlı intizam icraatı başlanılmışdır.

Çap et

03.11.2008
 












© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az