Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI GÜNÜ MÜNASİBƏTİLƏ YENİ MƏHKƏMƏ BİNASININ AÇILIŞI OLMUŞDUR

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tapşırıqlarına əsasən kompleks tədbirlər müəyyən olunaraq ardıcıl həyata keçirilir. Qısa müddət ərzində görülmüş tədbirlər, o cümlədən fəaliyyəti mənfi qiymətləndirilən hakimlərin səlahiyyətlərinə xitam verilməsi, hakimlərin və məhkəmə aparatı işçilərinin sayının xeyli artırılması, yüksək hazırlıqlı 157 nəfər hakimliyə namizədlərin seçilərək hakim təyin edilməsi, məhkəmə infrastrukturunun yaxşılaşdırılması və digər tədbirlər ədalət mühakiməsinin səmərəliliyinə müsbət təsir göstərmişdir.

Həmçinin, yüksək səviyyəli ədalət mühakiməsinə nail olunmasında, habelə məhkəmə prosesi iştirakçılarının və vətəndaşların rahatlığının təmin edilməsində məhkəmə iclası zallarının müasir tələblərə uyğun qurulmasının əhəmiyyəti nəzərə alınaraq məqsədyönlü tədbirlər həyata keçirilmiş, o cümlədən cari ildə Bakı Apellyasiya məhkəməsinin yeni korpusu inşa edilmişdir.

3 mərtəbəli 15 məhkəmə iclası zalından ibarət olan yeni binanın ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə açılışı keçirilmişdir.

Məhkəmə fəaliyyəti ilə bağlı standatlara uyğun inşa edilmiş binada müasir tələblər səviyyəsində, geniş iclas zalları yaradılaraq, qabaqcıl elektron informasiya texnologiyaları ilə təmin edilmiş, proses iştirakçılarının hüquq və vəzifələri ilə tanış olmaları üçün monitorlar yerləşdirilmiş, vəkil və prokurorun fəaliyyəti, vətəndaşların rahatlığı üçün hər cür şərait yaradılmışdır.

Tədbirdə çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri, Ədliyyə Naziri Fikrət Məmmədov ölkəmizdə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən işləri qeyd etmiş, Bakı Apellyasiya məhkəməsi binasının yeni korpusunun istifadəyə verilməsinin ədalət mühakiməsinin səmərəli həyata keçirilməsində və vətəndaşların rahatlığının təmin olunmasında əhəmiyyətini vurğulamış, məhkəmənin fəaliyyətinə uğurlar arzulamışdır.

Çap et

20.11.2008
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az