Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
MƏHKƏMƏ-HÜQUQ ŞURASININ SƏDRİ VƏTƏNDAŞLARIN VİDEOQƏBULUNU KEÇİRİB

Ölkə Prezidenti cənab İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, onların müraciətlərinə və şəxsi qəbullarına hər zaman qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları daim diqqətdə saxlanılır.

Avqustun 27-də Məhkəmə-Hüquq Şurasının sədri, Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən müxtəlif bölgələrdə yaşayan vətəndaşların videoqəbulu keçirilib.

Gəncə, Şəki, Şirvan, Sumqayıt və İmişli regional ədliyyə idarələri vasitəsilə qəbula yazılmış vətəndaşların videokonfrans formatında ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli üzrə zəruri tədbirlərin görülməsi üçün aidiyyəti məsul işçilərə müvafiq tapşırıqlar verilib.

Bölgələrin sakinləri qlobal pandemiyaya qarşı respublika Prezidenti və Birinci vitse-prezident tərəfindən görülən işlərə, əhalinin sağlamlığının və təhlükəsizliyinin qorunması ilə bağlı göstərilən qayğılı və həssas münasibətə görə minnətdarlığını ifadə edib, onların qəbullarının videoformatda təşkilindən məmnunluqlarını bildiriblər.

Çap et

27.08.2020
 













© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az