Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
MƏHKƏMƏ-HÜQUQ ŞURASININ SƏDRİ VƏTƏNDAŞLARIN VİDEOQƏBULUNU KEÇİRİB

Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət orqanları qarşısında qoyduğu ən ümdə vəzifələrdən biri insanlara layiqli xidmət göstərilməsi, onların müraciətlərinə və şəxsi qəbullarına hər zaman həssaslıqla yanaşılmasını diqqətdə saxlamaqdır.

Məhkəmə-Hüquq Şurasının sədri, Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən müxtəlif bölgələrdə yaşayan vətəndaşların videoqəbulu keçirilib.

Gəncə, Şəki və İmişli regional ədliyyə idarələri vasitəsilə qəbula yazılmış vətəndaşların videokonfrans formatında ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərə dair aidiyyəti məsul işçilərə müvafiq tapşırıqlar verilib.

Bölgələrin sakinləri COVİD-19 qlobal pandemiyası şəraitində xalqımızın sağlamlığının və təhlükəsizliyinin qorunması ilə bağlı göstərilən qayğılı və həssas münasibətə görə respublika Prezidentinə və Birinci vitse-prezidentə təşəkkürlərini ifadə edib, bununla bağlı qəbulun videoformatda təşkilindən məmnunluqlarını bildiriblər.

Çap et

27.07.2020
 













© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az