Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI
Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ölkə Prezidentinin tapşırıqlarının icrası çərçivəsində ardıcıl tədbirlər görülür.

Mətbuatda xəbər verildiyi kimi test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçərək, yarım il davam edən tədris kursunu başa vurmuş 44 nəfər hakimliyə namizədin peşə hazırlığının yoxlanılması məqsədilə yazılı imtahan keçirilib.

Karantin rejiminə uyğun olaraq zəruri sosial davranış və sanitar-epidemioloji qaydalar gözlənilməklə avqust ayının 7-də keçirilmiş həmin imtahan zamanı namizədlər məhkəmə qərarlarının layihələrini tərtib etmək bacarıqlarını nümayiş etdiriblər.

İmtahan nəticələri Hakimlərin Seçki Komitəsi tərəfindən yoxlanılıb və bütün namizədlərin bilikləri məqbul bilinərək onlar müsabiqənin növbəti mərhələsinə - tədrisin yekunları üzrə şifahi imtahana buraxılıblar.

Ədalət mühakiməsinin səmərəliliyinin artırılması, o cümlədən hakim korpusunda ən layiqli hüquqşünasların təmsil olunması məqsədilə hakimliyə namizədlərin yüksək tələbkarlıq səviyyəsində seçimi prosesi davam edir.

Çap et

21.08.2020
 













© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az