Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
HAKİMLİYƏ NAMİZƏDLƏRLƏ İLKİN TƏDRİSİN NƏTİCƏLƏRİ ÜZRƏ YAZILI İMTAHAN KEÇİRİLMİŞDİR

Dövlət başçısının məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında tapşırıqlarına uyğun olaraq vakant hakim vəzifələrinə, o cümlədən yeni ayrılmış hakim ştatlarına namizədlərin seçilməsi prosesi davam edir.

Növbəti müsabiqə zamanı 200-dən çox hakimliyə namizəddən 44 nəfəri test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçib və yarım il davam edən tədris kursunu, o cümlədən məhkəmələrdə stajkeçməni uğurla başa vurub.

Həmin namizədlərin peşə hazırlığının yoxlanılması məqsədilə tədrisin nəticələri üzrə onlarla yazılı imtahan keçirilib. İmtahan karantin rejiminə uyğun olaraq zəruri sosial davranış və sanitar-epidemioloji qaydalar gözlənilməklə Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunub.

İmtahan başlamazdan əvvəl, yerindəcə, Hakimlərin Seçki Komitəsinin qapalı iclasında kazus xarakterli 8 sual hazırlanıb, həmin suallardan cinayət və mülki sahəyə dair tam təsadüfi yolla ikisi seçilib.

Seçilmiş suallar imtahan keçirilən auditoriyada, namizədlərin gözü qarşısında çoxaldılaraq onlara paylanılıb.

4 saat davam edən imtahanda namizədlər verilmiş hüquqi kazusları həll etməklə, müvafiq məhkəmə qərarlarını tərtib etmək bacarıqlarını nümayiş etdiriblər.









Çap et

07.08.2020
 













© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az