Ölkə Prezidenti cənab İlham Əliyevin «Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında» 03.04.2019-cu il tarixli Fərmanı ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə qarşıda mühüm məsələlər qoyulub, o cümlədən hakimlərin iş yükünün azaldılması, işlərə vaxtında və daha keyfiyyətlə baxılması məqsədilə hakim ştatlarının sayı 200 vahid artırılıb, yeni ixtisaslaşmış məhkəmələr yaradılıb.
Bununla əlaqədar hakimlərin seçimi üzrə açıq müsabiqə elan olunub. 200-dən çox namizədlə test üsulu ilə və yazılı imtahanlar keçirilib, 81 nəfər növbəti mərhələyə – şifahi imtahana vəsiqə qazanıb. Artıq həmin hakimliyə namizədlərlə şifahi imtahanlar başlanıb.
Bununla yanaşı sənədlərin qəbulu davam edib və 229 nəfər namizədlə noyabr ayının 23-də Dövlət İmtahan Mərkəzində beynəlxalq və yerli müşahidəçilərin, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələrinin, televiziya və mətbuat təmsilçilərinin iştirakı ilə növbəti test imtahanı keçirilib.
Namizədlər üçün hər cür əlverişli şəraitin yaradıldığı imtahan zamanı onlar sualları müasir texnologiyaların tətbiqi ilə, fərdi qaydada, kompüter vasitəsilə cavablandırıblar.
Şəffaf keçirilən imtahanın nəticələri hər bir namizədə o, sualları cavablandırdıqdan dərhal sonra elan olunmaqla müvafiq arayış təqdim edilib. Həmçinin, imtahan jlc.gov.az saytı vasitəsilə “on-line” rejimində birbaşa yayımlanıb.
İmtahanda 60 və daha artıq bal toplayaraq uğur qazanmış 108 nəfər hakimliyə namizəd müsabiqənin növbəti mərhələsinə baraxılıb. Proses müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilib.
Eyni zamanda Hakimlərin Seçki Komitəsi bildirir ki, hakimliyə namizədlərin sənədlərinin qəbulu davam edir. Bununla əlaqədar hakim olmaq arzusunda olan hüquqşünaslar sənədlərini təqdim etməyə dəvət olunurlar.
Hakimliyə namizədlərlə keçirilmiş test imtahanında 60 və daha artıq bal toplayaraq imtahanın ikinci mərhələsinə buraxılmış namizədlərin