Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
HAKİMLİYƏ NAMİZƏDLƏRLƏ TEST İMTAHANI KEÇİRİLƏCƏKDİR


Hakimlərin Seçki Komitəsi bildirir ki, hakimliyə namizədlərlə test imtahanı sentyabr ayının 15-də Dövlət İmtahan Mərkəzinin binasında (Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28) keçiriləcəkdir.

İmtahanda sentyabr ayının 12-dək sənədlərini Hakimlərin Seçki Komitəsinə təqdim etmiş namizədlər iştirak etməlidirlər.

Həmin hakimliyə namizədlər tərəfindən «İmtahana buraxılış vərəqəsi» Hakimlərin Seçki Komitəsindən 13 sentyabr tarixdən, şəxsiyyət vəsiqəsini təqdim etməklə alınmalıdır.

İmtahan binasına saat 09:00-dan gec olmayaraq gəlmək lazımdır. İmtahana gələrkən namizədlər şəxsiyyət vəsiqəsini və «İmtahana buraxılış vərəqəsi»ni mütləq təqdim etməlidirlər. Əks təqdirdə namizəd imtahana buraxılmayacaqdır.

Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62

Çap et

09.09.2019
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az