Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI

Ölkəmizdə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində, xüsusilə də dövlət başçısının məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Fərmanı ilə əlavə ayrılmış hakim ştatlarının yüksək hazırlıqlı hüquqşünaslar hesabına komplektləşdirilməsi məqsədilə hakimlərin seçimi üzrə növbəti açıq müsabiqə keçirilir.

Cari ilin iyul ayının 25-dən davam edən hakimliyə namizədlərin sənədlərinin qəbulu nəticəsində artıq 200-dək hüquqşünas sənədlərini Hakimlərin Seçki Komitəsinə təqdim etmiş, yaxud elektron qaydada müraciət etmişdir.

Namizədlərin imtahanlara mükəmməl hazırlaşmalarına köməklik məqsədilə imtahan suallarına dair annotasiyanı, habelə imtahan qaydalarını, namizədlərin imtahanla bağlı vəzifələrini və imtahan suallarının nümunələrini özündə əks etdirən “Hakim vəzifəsinə namizədin Yaddaş Kitabçası” hazırlanmış və jlc.gov.az saytında yerləşdirilmişdir.

Mətbuatda məlumat verildiyi kimi namizədlərin seçimində çevikliyin təmin edilməsi, habelə onlar üçün daha şəffaf və əlverişli şəraitin yaradılması məqsədilə müsabiqənin ilkin mərhələsi olan test imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən, təxminən 200-250 nəfərlik qruplar üzrə mütəmadi, daha müasir üsulla keçirilərək hər bir namizəd fərdi qaydada, sualları kompüter vasitəsilə cavablandıracaqdır.

Bununla əlaqədar Hakimlərin Seçki Komitəsi bildirir ki, sənədlərini ilk təqdim etmiş 250 nəfərədək hakimliyə namizədlə test imtahanı cari ilin sentyabr ayının 15-də keçiriləcək, eyni zamanda namizədlərin sənədləri bundan sonra da davamlı olaraq qəbul ediləcəkdir.

İmtahanla bağlı, o cümlədən buraxılış vərəqələrinin təqdim olunması və s. məsələlərə dair əlavə məlumatlar veriləcəkdir.

Çap et

26.08.2019
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az