Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
HAKİMLƏR ƏDLİYYƏ AKADEMİYASINDA UKRAYNA MİLLİ HAKİMLƏR MƏKTƏBİ İLƏ BİRGƏ KEÇİRİLƏN VİDEO TƏDBİDƏ İŞTİRAK EDİB

Ölkə Prezidenti cənab İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı tapşırıqları çərçivəsində hakimlərin və digər hüquqşünasların peşəkarlıq səviyyəsinin yüksəldilməsinə xüsusi diqqət yetirilir, Ədliyyə Akademiyasında müxtəlif aktual mövzularda davamlı tədris tədbirləri, o cümlədən distant treninq formaları tətbiq olunmaqla video-konfrans vasitəsilə təlimlər təşkil olunur. Bu sahədə həmçinin bir çox dövlətlərlə faydalı əməkdaşlıq edilərək təcrübə mübadiləsi aparılır.

"Ədliyyə Akademiyası ilə Ukrayna Hakimlərinin Milli Məktəbi arasında əməkdaşlıq" haqqında Memorandumun implementasiyası çərçivəsində Ədliyyə Akademiyasında "Məhkəmə psixologiyasının aktual məsələləri" mövzusunda video-konfrans vasitəsilə təlim keçirilib.

Hakimlərin, məhkəmə aparatı işçilərinin, nazirliyin və Akademiyanın əməkdaşlarının, habelə tədris prosesinə cəlb olunan psixoloqların iştirak etdiyi tədbirdə Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov və Ukrayna Hakimləri Milli Məktəbinin rektoru Nikolay Onişuk açılış nitqi ilə çıxış edib, səmərəli əməkdaşlıqda keçirilən distant təlimin yaxşı təcrübələrin öyrənilməsi, təlim materiallarının daha çevik çatdırılması baxımından əhəmiyyətini qeyd edib, müasir dövrdə məhkəmə psixologiyasına dair məsələlərin aktuallığını vurğulayıblar.

Video-konfransda Ukrayna Hakimlərinin Milli Məktəbinin və Azərbaycan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aidiyyəti mütəxəssislərinin hakimlərin psixoloji hazırlığı, onların emosional tükənmə məsələləri, məhkəmə prosesi iştirakçıları ilə ünsiyyətin psixoloji xüsusiyyətləri mövzusunda mühazirələri dinlənilib, maraqlı diskussiyalar keçirilərək fikir mübadiləsi aparılıb, dinləyiciləri maraqlandıran suallara aydınlıq gətirilib.

Tədbir iştirakçıları bu cür aktual mövzulara dair distant təlimlərin təşkilinin onların bilik və bacarıqlarının artırılmasında səmərəsini qeyd ediblər.

Çap et

28.03.2019
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az