Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
MÜLKİ PROSESSUAL MƏCƏLLƏYƏ EDİLƏN DƏYİŞİKLİKLƏRİN ÖYRƏNİLMƏSİ VƏ DÜZGÜN TƏTBİQİ DİQQƏT MƏRKƏZİNDƏDİR

Son illər ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər sırasında insanların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədi ilə "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi mühüm yer tutur. Bunun bariz nümünəsi kimi dövlət başçısının qanunvericilik təşəbbüsü ilə 2018-ci il 28 dekabr tarixdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində edilən mütərəqqi dəyişiklikləri göstərmək olar.

Yeni qanunvericiliyin icrası məqsədilə Şəki Məhkəmə Kompleksində Şəki Apellyasiya Məhkəməsinin və onun yurisdiksiyasına aid birinci instansiya məhkəmələrinin hakimləri üçün təlim keçirilib.

Tədbirdə təlimçi qismində Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyev, Bakı Apellyasiya Məhkəməsinin hakimi Rafael Eyvazov iştirak ediblər.

Təlimin açılışında çıxış edən Şəki Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət edən məhkəmə-hüquq islahatlarından bəhs edərək mülki prosessual qanunvericiliyə edilən mütərəqqi dəyişikliklərin müstəsna əhəmiyyətini qeyd edib, keçirilən təlimin qanunvericiliyin yeni müddəalarının öyrənilməsi və düzgün tətbiq edilməsinə yönəldiyini diqqətə çatdırıb. Bildirib ki, dövlət başçısının qanunvericilik təşəbbüsü ilə edilmiş əsaslı dəyişikliklər məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsinə, məhkəmə icraatının elektron qaydada aparılmasına, operativliyin və şəffaflığın təmin olunmasına, vətəndaşların məhkəmələrə müraciət imkanlarının genişlənməsinə xidmət edir.

Ali və Bakı apellyasiya məhkəmələrinin təlimçi-hakimləri mülki prosessual qanunvericiliyə edilən dəşikliklərin hər bir müddəasını təfsilatı ilə izah edərək mülki və iqtisadi mübahisələrə dair işlərə baxılan zaman tərəflərin hüquq və vəzifələrinə dair “məhkəmə bildirişi”nin və yekun məhkəmə aktından “çıxarış”ının məzmununa dair mülahizələrini bildirib, məhkəmə sənədlərinin elektron qaydada göndərilməsində, məhkəmə icraatının elektron qaydada aparılmasında “Elektron məhkəmə” informasiya sisteminin tətbiqinin vacibliyini vurğulayıblar.

Yasamal Rayon Məhkəməsi ilə video-konfrans vasitəsilə tədbirə qoşulan “Elektron məhkəmə” informasiya sisteminin yaradılması üzrə işçi qrupunun rəhbəri, həmin məhkəmənin hakimi Ramin Qurbanov məhkəmə fəaliyyətinin səmərəliliyinin və keyfiyyətinin artırılmasına xidmət edən “Elektron məhkəmə” informasiya sisteminin, xüsusən də şəxslərin “elektron kabinet” vasitəsilə məhkəmələrə müraciət etmək imkanlarından danışıb. Qeyd olunub ki, "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi ilə bağlı məhkəmələrlə intensiv əlaqələr yaradılır və gələcəkdə də Mülki Prosessual Məcəlləyə edilən dəyişikliklərlə bağlı zəruri bilinən təlim və maarifləndirmə işləri həyata keçiriləcəkdir.

Tədbir yeni qanunvericiliyin icrası ilə bağlı faydalı fikir mübadiləsi ilə davam edib.

Çap et

15.01.2019
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az