Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
HAKİMLİYƏ NAMİZƏDLƏRLƏ TƏDRİSİN NƏTİCƏLƏRİ ÜZRƏ YAZILI İMTAHAN KEÇİRİLMİŞDİR

Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ölkə Prezidentinin tapşırıqlarına əsasən görülən tədbirlər çərçivəsində hakimliyə namizədlərin beynəlxalq standartlar səviyyəsində, şəffaf üsullarla seçimi prosesi davam edir.

Seçim zamanı 800-dən çox hakimliyə namizəddən 125 nəfəri test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçərək, hakim vəzifəsinə hazırlanmaları üçün bir il müddətində davam edən tədris kursuna cəlb edilmiş, onların məhkəmələrdə, o cümlədən xarici ölkələrdə stajkeçməsi təşkil edilmişdir.

Namizədlərin peşə hazırlığının yoxlanılması məqsədilə tədrisin nəticələri üzrə onlarla yazılı imtahan keçirilmişdir. Texniki Universitetin İdman Sarayında təşkil olunmuş imtahanı nüfuzlu beynəlxalq təşkilatlar, yerli QHT və hüquq müdafiə təşkilatlarından olan 20-dək müşahidəçi və mətbuat nümayəndələri izləmişlər.

İmtahan başlamazdan əvvəl, yerindəcə, Hakimlərin Seçki Komitəsinin qapalı iclasında kazus xarakterli 8 sual hazırlanmışdır. Həmin suallar sırasından namizədlərin cinayət və mülki sahəyə dair təsadüfi yolla seçdiyi iki sual dərhal çoxaldılaraq cavablandırılması üçün onlara paylanmışdır.

4 saat davam edən imtahanda namizədlər verilmiş həmin kazusları düzgün həll etmək, qanunvericiliyin normaları dolğun təhlil olunmaqla müvafiq məhkəmə qərarlarını tərtib etmək bacarıqlarını nümayiş etdirmişlər.

İmtahanın şəffaf prosedurlarla keçirilməsi, müasir informasiya texnologiyalarının imkanlarından səmərəli istifadə olunması, o cümlədən prosesin internet vasitəsilə “on-line” rejimində birbaşa yayımlanması müşahidəçilər tərəfindən yüksək dəyərləndirilmişdir.


Çap et

03.02.2018
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az