Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
AZƏRBAYCAN RESPUBLİKASI ALİ MƏHKƏMƏSİ HAKİMLƏRİNİN TƏYİN VƏ AZAD EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 131-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 93-4-cü maddəsinə, 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. 2017-ci il iyunun 19-da səlahiyyət müddəti bitən Şəlalə Ağakərim qızı Məmmədova Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilsin.

2. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 93-4-cü maddəsinə uyğun olaraq Tahir Lələkişi oğlu Kazımov Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilsin.

3. 2017-ci il iyulun 16-da səlahiyyət müddəti bitən aşağıdakı hakimlər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri təyin edilsinlər:
    Akif Əsgər oğlu İsgəndərov,
    Əhməd Güləhməd oğlu Nurməmmədov.
4. 2017-ci il iyulun 28-də səlahiyyət müddəti bitən aşağıdakı hakimlər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri təyin edilsinlər:
    Mehparə Tofiq qızı Əhmədova,
    İmran Teymurxan oğlu Hacıqayibov,
    Rahib Sahib oğlu Nəbizadə.
5. Bakı Apellyasiya Məhkəməsinin hakimi Elşanə Rafiq qızı Vəliyeva vəzifəsi dəyişdirilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilsin.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İlham Məmməd oğlu Cəfərov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar həmin məhkəmənin hakimi vəzifəsindən azad edilsin.

7. Bu Qərarın 1-ci və 2-ci bəndləri qərar imzalandığı gündən, 3-cü bəndi 2017-ci il iyulun 16-dan, 4-6-cı bəndləri 2017-ci il iyulun 28-dən qüvvəyə minir.

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri O.Əsədov

Bakı şəhəri, 30 iyun 2017-ci il

Çap et

30.06.2017
 




© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az