Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
MƏHKƏMƏ-HÜQUQ ŞURASININ SƏDRİ İLƏ GÖRÜŞ

Fevralın 9-da ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının Sədri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının hüquqi işlər və insan hüquqları komitəsinin Azərbaycan üzrə məruzəçisi Alan Desteks ilə görüşüb.

Azərbaycan və Avropa Şurası arasında səmərəli əməkdaşlığın qeyd olunduğu görüşdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qanunun aliliyinin, insan hüquqlarının təmin olunması üzrə görülən işlər, o cümlədən məhkəmə hakimiyyətinin müstəqilliyi, hakimlərin Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçimi barədə məlumat verilib, Avropa Şurasının Azərbaycan üçün Fəaliyyət Planı çərçivəsində müxtəlif sahələr üzrə mühüm layihələrin həyata keçirildiyi vurğulanıb.

Ölkəmizdə gedən demokratik proseslər, o cümlədən məhkəmə-hüquq sistemindəki islahatlar A.Desteks tərəfindən maraqla qarşılanıb, qanunvericiliyin təkmilləşdirilməsi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarının icrası, məhkumların saxlanma şəraiti, beynəlxalq təşkilatların Azərbaycanla bağlı hesabatları ətrafında faydalı fikir mübadiləsi aparılıb, habelə açıq hökumətin təşviqi, vətəndaş cəmiyyətinin inkişafı və digər maraq doğuran məsələlər müzakirə olunub.

Söhbət zamanı, həmçinin dünyada terrorizmə qarşı mübarizəyə toxunularaq Azərbaycanın erməni terrorizmindən əziyyət çəkdiyi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı həqiqətləri diqqətə çatdırılıb.

Tədbirdə ölkəmizin AŞPA-da daimi nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov iştirak edib.

Qonaq Nazirlikdə ədliyyə tarixi muzeyi ilə tanış olub

Çap et

09.02.2017
 




© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az