Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
MƏHKƏMƏ-HÜQUQ ŞURASININ 10 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏDBİRLƏR KEÇİRİLİR

Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 10 illiyinə həsr olunmuş "Demokratik cəmiyyətdə məhkəmə hakimiyyətinin rolu" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək məzarı önünə gül dəstələri qoyublar. Həmçinin, akademik Zərifə xanım Əliyevanın məzarı önünə tər çiçəklər düzülüb. Şəhidlər xiyabanında xalqımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi yad edilib.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri, Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) rəhbərliyi, Türkiyə Hakimlər və Prokurorlar Ali Şurasının, Ali Məhkəməsinin, Ali Baş Prokurorluğunun və Ədliyyə Akademiyasının yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi tədbirdə Məhkəmə-Hüquq Şurasının fəaliyyəti ilə bağlı qısametrajlı sənədli film nümayiş etdirilib.

Konfransı açan Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov məruzə ilə çıxış edərək təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə islahatının Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini bildirmiş, ölkə başçısının məhkəmə sisteminin müasirləşdirilməsinə dair tapşırıqlarının icrası üzrə əldə edilmiş nailiyyətləri, məhkəmə sisteminin təkmilləşdirilməsi, hakimlərin şəffaf seçiminin və tədrisinin təşkili, onların fəaliyyətinin prinsipial qiymətləndirilməsi, qanun pozuntusu, süründürməçilik və digər neqativ halların aradan qaldırılması üzrə ardıcıl tədbirlərə toxunmuşdur.

Prezident Admnistrasiyası hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Konstitusiya məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Baş Prokuror Zakir Qaralov, Milli Məclisin sədr müavini Bahar xanım Muradova çıxış edərək ölkəmizdə məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üzrə həyata keçirilən islahatlar və qarşıda duran vəzifələri qeyd etmişlər.

Həmçinin tədbirdə Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyasının (CEPEJ) vitse-prezidenti İrakli Adeişvili, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri Ganna Yudkivska, Dmitri Dedov, Xanlar Hacıyev, Türkiyə Ədliyyə Akademiyasının prorektoru Mustafa Artuç çıxış etmiş, məhkəmə islahatlarının həyata keçirilməsində və insan haqlarının etibarlı qorunmasında beynəlxalq mexanizmlər, Avropa Məhkəməsinin presedentlərinin milli məhkəmə təcrübəsinin inkişafında rolu, ədalət mühakiməsinin səmərəliliyinin artırılması vasitələri barədə səmərəli müzakirə və fikir mübadilələri aparılmışdır.

Konfransdan sonra qonaqların iştirakı ilə Məhkəmə-Hüquq Şurasında ədalət mühakiməsinin tarixinə və ümummilli lider Heydər Əliyevin müasir məhkəmə sistemimizin yaradılmasında roluna həsr olunmuş Muzeyin açılışı olmuşdur.

Çap et

22.05.2015
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az