Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
ALMANİYA İLƏ HÜQUQİ SAHƏDƏ ƏMƏKDAŞLIQ İNKİŞAF EDİR


Aprelin 29-da ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Almaniya Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun (İRZ) icraçı direktoru Dirk Mirovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Almaniya və Azərbaycan arasında müxtəlif istiqamətlərdə, o cümlədən hüquqi sahədə səmərəli əməkdaşlığı qeyd edən nazir iki ölkənin Ədliyyə nazirlikləri arasında imzalanmış Birgə Bəyanatın implementasiyası çərçivəsində İRZ-nin fəal iştirakını və həyata keçirilən tədbirlərdə dəstəyini qeyd edib.

Nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı məhkəmə islahatlarını, hakimlərin örnək kimi dəyərləndirilən ən şəffaf seçimini və tədrisini qeyd edib, ədliyyə, o cümlədən penitensiar sistemin inkişafı, məhkumların hüquqlarının genişləndirilməsinə yönələn qanunvericiliyin təkmilləşdirilməsi, onların sosial adaptasiyası, bu məqsədlə müasir penitensiar infrastrukturun yaradılması, cəzadan vaxtından əvvəl şərti azad etmə, habelə xüsusi notariat institutunun geniş tətbiqi barədə məlumat verib.

Həmçinin dövlətimizin əsas prioritetlərindən olan korrupsiyaya qarşı mübarizə tədbirləri, şəffaf və elektron xidmətlərin tətbiqi, xüsusilə Azərbaycan brendi olan və ədliyyənin müxtəlif xidmətlər göstərdiyi "ASAN xidmət" mərkəzlərinin vətəndaş məmnunluğuna yönələn fəaliyyəti diqqətə çatdırılıb.

Almaniyanın Azərbaycanla sıx əməkdaşlığından məmnunluğunu ifadə edən qonaqlar İRZ ilə Ədliyyə Nazirliyi arasında səmərəli əməkdaşlığı yüksək qiymətləndirib, məhkəmə-hüquq sistemindəki islahatları maraqla qarşılayaraq ölkəmizin bu sahədə uğurlu yol keçdiyini vurğulayıb, əldə olunmuş nailiyyətləri təqdir ediblər. D.Mirov ədliyyə və məhkəmə sahəsində təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edərək əlaqələrin bundan sonra da uğurla davam etdirilməsinə hazır olduğunu söyləyib.

Görüşdə əməkdaşlığın gələcək perspektivləri, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin öyrənilməsi, tədris tədbirlərinin və təcrübi səfərlərin təşkili, elektron məhkəmənin, habelə probasiya xidmətinin tətbiqi və digər məsələlər üzrə faydalı fikir mübadiləsi aparılıb.

Görüşdə Almaniyanın ölkəmizdəki səfiri xanım Haydrun Tempel iştirak edib.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olub.

Çap et

29.04.2015
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az