Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
HAKİMLİYƏ NAMİZƏDLƏRİN SƏNƏDLƏRİNİN QƏBULU DAVAM EDİR VƏ NAMİZƏDLƏR İLKİN HAZIRLIQ KURSUNA DƏVƏT OLUNURLAR
Məlum olduğu kimi ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin beynəlxalq standartlara uyğun, ən şəffaf və obyektiv üsullarla növbəti seçimi ilə bağlı sənəd qəbulu davam edir.

Əvvəlki illərdə hakimliyə namizədlərin imtahanlara hazırlaşmalarına köməklik məqsədilə Məhkəmə-Hüquq Şurası tərəfindən Hakimlərin Seçki Komitəsi ilə birgə hazırlıq kursları keçirilmiş və bu öz səmərəsini verərək namizədlər daha yüksək nəticələr göstərmişlər.

Bununla əlaqədar Hakimlərin Seçki Komitəsinin üzvləri, yüksək ixtisaslı hakimlər, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nümayəndələri və digər təcrübəli mütəxəssislərin iştirakı ilə hakimliyə namizədlər üçün yenidən hazırlıq kursunun təşkili qərara alınmışdır.

Kursun tədris proqramı hazırlanarkən əvvəlki imtahanların təcrübəsi nəzərə alınmış, namizədlərin biliklərinin artırılmasına ehtiyac olan sahələrə xüsusi önəm verilmişdir.

Kursda iştirak etmək arzusunda olan hakimliyə namizədlərin ərizələri Hakimlərin Seçki Komitəsində qəbul olunur (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə.
tel: 510-82-54, 510-83-25). Kursun 2009-cu ilin mart ayından başlanması nəzərdə tutulur.

Hakimliyə namizədlərin nəzərinə çatdırılır ki, qeyd edilən kurs bu sahədə Hakimlərin Seçki Komitəsi tərəfindən keçirilən yeganə rəsmi təlimdir. Digər təşkilatların təşkil etdiyi kursların keyfiyyətinə, proqramının imtahanların tələblərinə uyğunluğuna və səmərəliliyinə görə Hakimlərin Seçki Komitəsi məsuliyyət daşımır.

Çap et

17.02.2009
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az