Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
AZƏRBAYCANIN MƏHKƏMƏ SİSTEMİNDƏKİ NAİLİYYƏTLƏRİ DİGƏR DÖVLƏTLƏRƏ ÖRNƏKDİR

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılması, əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, müasir infrastrukturun yaradılması üzrə genişmiqyaslı islahatlar həyata keçirilir. Bu islahatlar nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən maliyyə qurumları tərəfindən təqdir edilir. Belə ki, Azərbaycanda aparılan uğurlu məhkəmə-hüquq islahatlarına Dünya Bankı dəstək verərək "Ədliyyə sisteminin müasirləşdirilməsi" adlı birgə Layihə həyata keçirilir. Həmin sənədin icrası çərçivəsində vahid konsepsiya əsasında Azərbaycanda xüsusi işlənilmiş və dünyada analoqu olmayan unikal proqram təminatı vasitəsi ilə 30-dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanmış, artıq 4 rayon məhkəməsi üçün ən müasir İKT-lərlə təchiz olunmuş yeni binalar tikilərək istifadəyə verilmiş, 7 məhkəmə üçün bina və komplekslər intensiv inşa olunur.

Dünya Bankı tərəfindən ən uğurlarından hesab olunan bu Layihə çərçivəsində görülən işlərin davam etdirilməsi üçün yeni, daha əhatəli layihə ilə bağlı razılıq əldə edilmişdir.

Bu məqsədlə Azərbaycana səfərə gəlmiş Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Henri Kerali ilə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun görüşü olmuşdur.

Dünya Bankı ilə səmərəli əməkdaşlığı vurğulayan nazir bu ilin iyununda Bankın Vaşinqtondakı baş qərargahına səfərinin səmərəli və məhsuldar olduğunu bildirərək qeyd etmişdir ki, birgə layihə çərçivəsində qısa müddətdə mükəmməl, əhatəli və kompleks məhkəmə-hüquq islahatları aparılmışdır. F.Məmmədov qarşılıqlı fəaliyyətin bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə etmişdir.

H.Kerali Dünya Bankı ilə birgə həyata keçirilən layihənin nəticələrindən danışaraq bu sahədə Azərbaycanın müsbət təcrübəsini unikal nümunə kimi qiymətləndirmişdir. O vurğulamışdır ki, ölkəmizin məhkəmə sistemindəki nailiyyətlər böyük marağa səbəb olmuş və bundan bəhrələnmək üçün digər dövlətlərdən müraciətlər daxil olur, Azərbaycana səfər etmək niyyəti bildirilir. Qonaq, həmçinin Layihənin icrasında ədliyyə işçilərinin peşəkar fəaliyyətini təqdir etmişdir.

Görüşdə Azərbaycan vətəndaşlarının məhkəmə orqanlarına müraciət imkanlarının xeyli asanlaşdırılmasına xidmət edəcək yeni layihənin məqsədləri, o cümlədən infrastrukturun müasirləşdirilməsi, İKT-lərin daha geniş tətbiqi, ədliyyə və məhkəmə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması və s. məsələlər müzakirə olunmuş, faydalı fikir mübadiləsi aparılmışdır.

Tədbirdə Dünya Bankının ölkə üzrə meneceri xanım Larisa Leşçenko iştirak etmişdir.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşlar.

Çap et

18.09.2013
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az