Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
HAKİMLİYƏ NAMİZƏDLƏRƏ KÖMƏKLİK MƏQSƏDİLƏ İLKİN TƏDRİSƏ BAŞLANILMIŞDIR


Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tapşırıqlarının icrası daim diqqət mərkəzində saxlanılaraq bu sahədə ardıcıl tədbirlər davam etdirilir.

Hakim kadrlarına ehtiyacla bağlı hakimliyə namizədlərin növbəti seçim prosesi həyata keçirilir və artıq 300-dək şəxs sənədlərini təqdim etmişdir. Əvvəlki illərdə hakimliyə namizədlərin hazırlaşmalarına köməklik məqsədilə keçirilmiş hazırlıq kurslarının səmərəsi nəzərə alınaraq Hakimlərin Seçki Komitəsi tərəfindən namizədlər üçün yenidən müvafiq kurs təşkil edilmiş və 80 nəfər bu kurslarda iştirak arzusunu bildirmişdir.

Məhkəmə-Hüquq Şurasında keçirilən kursun mart ayının 14-də açılışı olmuş, kurslarda hüququn müxtəlif sahələri üzrə aktual məsələlərə dair təcrübəli mütəxəssislərlə mühazirə və görüşlərin nəzərdə tutulduğu bildirilmiş, dinləyicilərə uğurlar arzu edilmişdir.

Hər həftənin şənbə günləri keçiriləcək kursun ilk günündə hakimliyə namizədlərin seçilməsi prosesinin mühüm mərhələsi olan test imtahanının təşkili və sualların cavablandırılması ilə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yüksək ixtisaslı mütəxəssisinin, habelə mülki prosesin nəzərə və təcrübi məsələlərinə dair Bakı Dövlət Universitetinin dosenti, Ali Məhkəmənin hakimi Bağır Əsədovun mühazirələri dinlənilmiş, səmərəli müzakirələr keçirilmiş, dinləyiciləri maraqlandıran suallar cavablandırılmışdır.

Çap et

16.03.2009
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az