Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI
Məlum olduğu kimi ölkəmizdə hakimliyə namizədlərin növbəti seçim prosesi keçirilir. Hakimlərin Seçki Komitəsinin iclasında hakim vəzifəsinə namizədlərin sənədlərinin qəbulu vəziyyəti müzakirə edilmiş, 3 aydan artıq müddətdə davam edən sənəd qəbulu zamanı 300-dən çox hüquqşünasın hakim olmaq üçün namizədliyini irəli sürməsi bildirilmişdir.

Son vaxtlar sənəd verənlərin sayının minimuma enməsi ilə əlaqədar sənəd qəbulunun aprel ayının 15-də başa çatdırılması qərara alınmışdır. Bununla əlaqədar hakim olmaq arzusunda olan hüquqşünaslar həmin tarixədək bütün iş günləri ərzində saat 9:00-dan 18:00-dək sənədlərini Hakimlərin Seçki Komitəsinə təqdim edə bilərlər. Hakimliyə namizədlərlə test imtahanının may ayının 7-də, bütün namizədlər üçün vahid auditoriyada - "Bakı İdman Sarayında" keçirilməsi nəzərdə tutulur.

Eyni zamanda iclasda hakimliyə namizədlərin hazırlaşmalarına köməklik məqsədilə Hakimlərin Seçki Komitəsi tərəfindən namizədlər üçün müvafiq kursların təşkil edildiyi, hər həftənin şənbə gönləri keçirilən həmin kurslarda hüququn müxtəlif sahələri üzrə aktual məsələlərə dair təcrübəli mütəxəssislərin, habelə test imtahanının təşkili və sualların cavablandırılması ilə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası mütəxəssislərinin çıxışlarının dinlənildiyi, namizədləri maraqlandıran sualların cavablandırıldığı bildirilmişdir.

İclasda həmçinin, hakimliyə namizədlərlə test imtahanının beynəlxalq standartlara uyğun, tam şəffaf şəraitdə keçirilməsi üzrə tədbirlər müəyyən olunmuşdur. Qeyd edilmişdir ki, imtahan zamanı suallar bilavasitə imtahan zalında namizədlərin və müşahidəçilərin gözü qarşısında seçiləcək, cavablar imtahan qurtardıqdan dərhal sonra, imtahan zalında yoxlanılaraq elan olunacaqdır.

May ayının 7-də keçiriləcək test imtahanı ilə bağlı əlavə məlumatlar veriləcəkdir.

Çap et

02.04.2009
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az