Əsas səhifə Saytın xəritəsi Qəbul Axtarış Əlaqə Linklər

    

    
               www.president.az

    

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
HAKİMLƏRİN TƏDRİSİ ÜÇÜN MÜƏLLİM HEYƏTİ HAZIRLANIR

Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsində hakimlərin davamlı tədrisi mühüm əhəmiyyət kəsb edir. Bu sahədə həyata keçirilən kompleks tədbirlər çərçivəsində hakimlərlə tədris tədbirləri keçəcək müəllim heyətinin hazırlanması Məhkəmə-Hüquq Şurası tərəfindən diqqət mərkəzində saxlanılır.

Avropa Şurası ilə səmərəli əməkdaşlıq nəticəsində Avropa Şurasının nüfuzlu eksperti, Lissabon Hüquqi Elmlər Mərkəzinin professoru Luis Silva Pereira və Avropa Şurası Hüquqi İşlər üzrə Direktorluğunun məsul əməkdaşı, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə Azərbaycan-Avropa Şurası işçi qruplarının həmsədri Jan Klaus hakimlərin tədrisi ilə bağlı müəllim heyətinin hazırlanması üçün treninqlərin keçirilməsi məqsədilə ölkəmizə səfərə gəlmişlər.

4 gün ərzində Məhkəmə-Hüquq Şurasında keçirilən kurslarda hakimlər və dövlət ittihamçıları üçün interaktiv tədris kursunun aparılması qaydaları öyrənilmiş, praktiki məşğələlər keçirilmişdir.

Tədbir çərçivəsində qonaqlar Məhkəmə-Hüquq Şurasında və Ədliyyə Nazirliyində qəbul edilmiş, əməkdaşlığın prespektivləri müzakirə edilmişdir.

Çap et

29.02.2008
 














© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az