Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
BAKIDA BEYNƏLXALQ ANTİKORRUPSİYA ORQANLARI ASSOSİASİYASI İCRAİYYƏ KOMİTƏSİNİN İCLASI KEÇİRİLMİŞDİR

Ümummilli lider Heydər Əliyevin məzarına ziyarət

Ümumbəşəri sosial bəla olan korrupsiya ilə ölkəmizdə məqsədyönlü mübarizə aparılaraq bu sahədə kompleks tədbirlər görülür, beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq həyata keçirilir.
Şəhidlərin xatirəsinə ehtiram


Azərbaycan BMT-nin dəstəyi ilə 2006-cı ildə yaradılmış Beynəlxalq Antikorrupsiya Orqanları Assossiasiyasının təşkilatçılarından biri olmuş, 140 ölkəni əhatə edən bu mötəbər qurumun Pekində keçirilmiş təsis konfransında ölkəmizin ədliyyə naziri Assossiasiyanın vitse-prezidenti seçilmişdir.

Mətbuatda xəbər verildiyi kimi Assosiasiyanın işində Azərbaycanın fəal iştirakı, habelə ölkəmizin sürətli inkişafı nəzərə alınaraq, təşkilat tərəfindən bu qurumun rəhbər orqanının İcraiyyə Komitəsinin iclasının mart ayının 31-də Bakı şəhərində keçirilməsi qərara alınmışdır.
İcraiyyə Komitəsinin iclasında


Bununla əlaqədar 15 dövlətdən olan 30-dan çox nümayəndə, o cümlədən Çin, İndoneziya, Ukrayna, Şimali İrlandiya və Uqandanın prokurorluq orqanlarının rəhbərləri, Pakistan və Hindistanın antikorrupsiya qurumlarının başçıları və digər şəxslər Azərbaycana səfərə gəlmişlər.

İcraiyyə Komitəsinin üzvləri əvvəlcə Fəxri Xiyabana gələrək, müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmiş, onun məzarı önünə əklil qoymuşlar. Həmçinin, qonaqlar Şəhidlər Xiyabanda olmuş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş həmvətənlərimizin
Ədliyyə Nazirliyində 31 Mart - azərbaycanlıların
soyqırımını əks etdirən xüsusi stendlə tanışlıq
xatirəsinə ehtiramlarını bildirmişlər.

Sonra Beynəlxlaq Antikorrupsiya Orqanları Assossiasiyasının İcraiyyə Komitəsinin iclası keçirilmişdir. Çıxış edən Azərbaycan ədliyyə naziri, Assosiasiyanın vitse-prezidenti Fikrət Məmmədov qonaqları ölkəmizdə səmimi salamlamış, İcrayyə Komitəsinin fəaliyyətinə uğurlar arzulamışdır. Həmçinin iclasın azərbaycanlıların soyqırımı gününə təsadüf etdiyi bildirilərək, insanlığa sığmayan erməni vəhşiliyi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılmışdır. Tədbirdə bir sıra mühüm təşkilati məsələlərə baxılmış, quruma yeni üzvlər qəbul olunmuş, Assossiasiyanın növbəti tədbirlərinin keçirilməsi mexanizmi barədə müzakirələr
İcraiyyə Komitəsi üzvləri ilə Nazirlikdə görüş
aparılmışdır.

İcraiyyə Komitəsinin üzvləri Ədliyyə Nazirliyində olmuş, hüquqi sahədə əməkdaşlığın perspektivləri ilə bağlı səmərəli müzakirələr keçirilmişdir. Həmçinin, qonaqlar nazirlikdə yaradılmış Heydər Əliyev Muzeyi və Ədiyyə Muzeyi, habelə azərbaycanlılara qarşı soyqırım faciəsini əks etdirən xüsusi ekspozisiyalarla tanış olmuşlar. Qonaqlara Azərbaycan barədə məlumatları, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan hərtərəfli islahatlar və qazanılmış yüksək nailiyyətləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri əks etdirən xüsusi hazırlanmış jurnal təqdim edilmişdir.

Qeyd edək ki, aprelin 1-də Bakıda korrupsiyaya qarşı mübarizə üzrə təcrübə mübadiləsinə həsr olunmuş Beynəlxalq Konfrans keçiriləcəkdir.



Heydər Əliyev muzeyindəƏdliyyə tarixi muzeyində


Ədliyyə Nazirliyi nümayəndələrinin İcraiyyə Komitəsinin üzvləri ilə xatirə şəkli

Çap et

01.04.2008
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az