Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
KORRUPSIYAYA QARŞI MÜBARIZƏ ÜZRƏ TƏCRÜBƏ MÜBADILƏSINƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONFRANS KEÇIRILMIŞDIR

Mütəşəkkil cinayətkarlığın ən təhlükəli növlərindən olan korrupsiya ilə mübarizə daim diqqət mərkəzində saxlanılır. Mətbuatda xəbər verildiyi kimi, Bakıda Beynəlxalq Antikarrupsiya orqanları Assosiasiyasının rəhbər orqanının - İcraiyyə Komitəsinin iclası keçirilmişdir. Həmin iclasda iştirak üçün korrupsiyaya qarşı mübarizə sahəsində müxtəlif dövlətlərdən olan yüksək vəzifəli şəxslərin və nüfuzlu beynəlxalq mütəxəssislərin Azərbaycana səfəri nəzərə alınaraq bu sahədə təcrübə mübadiləsinə həsr olunmuş Beynəlxalq Konfrans keçirilmişdir.

Konfransda Çin, İndoneziya, Böyük Britaniya, Ukrayna və Uqandanın prokurorluq orqanlarının rəhbərləri, Pakistan və Hindistanın antikorrupsiya qurumlarının başçıları, korrupsiya ilə mübarizə sahəsində Yaponiya, İtaliya, Rumıniya, Argentina və digər ölkələrdən olan yüksək ixtisaslı mütəxəssislər, həmçinin Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvləri, Baş prokuror yanında antikorrupsiya idarəsinin, ədliyyə, daxili işlər orqanlarının əməkdaşları, habelə millət vəkilləri və hakimlər, BMT-nin, Avropa Şurasının, ATƏT-in, Dünya Bankının, USAİD-in və yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri, Beynəlxalq Antikorrupsiya orqanları Assosiasiyasının vitse-prezidenti Fikrət Məmmədov bu ümumbəşəri sosial bəla ilə mübarizənin beynəlxalq əməkdaşlıq çərçivəsində daha səmərəli olduğunu və mütərəqqi təcrübənin öyrənilməsində bu Konfransın əhəmiyyətini qeyd etmişdir. O, korrupsiyaya qarşı mübarizənin mütəşəkkil və ardıcıl aparılmasının ölkə prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzində olduğunu, bu sahədə həyata keçirilən kompleks işləri, o cümlədən məhkəmə sisteminin müasirləşdirilməsi üzrə mütərəqqi tədbirləri vurğulamışdır.

İndoneziyanın baş prokuroru, Ukrayna baş prokurorunun müavini, Çin, Böyük Britaniya, Hindistan və digər ölkələrdən olan nümayəndələr Konfransda çıxış edərək korrupsiyaya qarşı mübarizənin təşkili ilə bağlı milli təcrübə barədə məlumatlar vermiş, müzakirə və fikir mübadiləsi aparılmışdır.

Həmçinin, konfransda korrupsiya ilə mübarizə üzrə ölkəmizdə həyata keçirilən tədbirlər, o cümlədən ölkə Prezidenti tərəfindən təsdiq olunmuş və 2004-2006-cı illəri əhatə edən müvafiq Dövlət Proqramının müvəffəqiyyətlə icra olunması, ötən il korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın, Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin yaradılması və həmin təsisatların həyata keçirdiyi ardıcıl tədbirlər qeyd edilmişdir.

Korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycanda görülən genişmiqyaslı işlər və mütəşəkkil tədbirlər Konfrans iştirakçıları tərəfindən yüksək dəyərləndirilmiş, bu sahədə təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanmışdır.

Çap et

01.04.2008
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az