Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
GƏNCƏDƏ İNSAN HÜQUQLARININ TƏMİN EDİLMƏSİNDƏ ÖLKƏDAXİLİ VƏ BEYNƏLXALQ VASİTƏLƏR MÖVZUSUNDA TƏDRİS KURSLARINA BAŞLANILMIŞDIR
Məhkəmə-Hüquq Şurası tərəfindən Gəncədə gənc hüquqşünaslar üçün İnsan hüquqlarının təmin edilməsində ölkədaxili və beynəlxalq vasitələr mövzusunda tədris kursları təşkil olunmuşdur.

Gənc peşə sahiblərini insan hüquq və azadlıqlarının qorunması işinə cəlb etmək, onları peşəkar fəaliyyətə hazırlamaq məqsədi daşıyan kurslara Gəncə ilə bərabər, ətraf rayonlardan 48 hüquqşünas qatılmışdır. Onlar bu sahədə biliklərini daha da dərinləşdirəcək, zəngin biliyə və təcrübəyə malik peşəkarların çıxışlarını dinləyərək insan hüquqlarının təmin edilməsinin mütərəqqi mahiyyətini dərk etməklə gələcəkdə bu prosesə qoşulmaq imkanı qazanacaqlar. Kursu müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaqdır.

Kursların açılış mərasimində Məhkəmə-Hüquq Şurasının üzvü, Gəncə Apellyasiya Məhkəməsinin sədri Rafiq Məmmədov ölkəmizdə Konstitusiya ilə təsbit olunmuş insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində həyata keçirilən tədbirlərdən danışmış, bu kursların gənc hüquqşünasların hüquqi biliklərinin artırılmasinda əhəmiyyətini vurğulamışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, hüquq elmləri namizədi Vəfaddin İbayev İnsan hüquqları üzrə Avropa Məhkəməsi: fəaliyyət prinsipləri və həmin məhkəməyə müraciət qaydası, Məhkəmə-Hüquq Şurası aparatının böyük məsləhətçisi, hüquq elmləri namizədi Elçin Xələfov Müsahibənin aparılması müasir hüquqşünasın peşə fəaliyyətinin elementi kimi və Hüquqşünas tərəfindən müştəriyə məsləhət verilməsi mövzularında mühazirələr oxumuşlar.

Sonra kursun dinləyiciləri ilə canlı dialoq qurulmuş, işgüzar müzakirələr aparılmışdır.

Çap et

08.04.2008
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az