Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
MƏHKƏMƏ-HÜQUQ ŞURASININ SƏDRİ İLƏ GÖRÜŞ

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıc ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşdür.

Qonağı Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir, iki ölkə arasında tarixi köklərə malik dostluq və qardaşlıq əlaqələrinin günbəgün inkişaf etdiyini bildirmiş, ölkələrimiz arasında mövcud olan zəngin müqavilə-hüquq bazasının bütün sahələrdə, o cümlədən hüqüqi əlaqələrin daha da genişlənməsinə şərait yaratdığını qeyd etmişdir.

Görüşdə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hərtərəfli demokratik islahatlar, o cümlədən ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi, hakimliyə namizədlərin ən mütərəqqi, şəffaf üsullarla seçilməsi və digər istiqamətlərdə görülən genişmiqyaslı işlər barədə məlumat verilmişdir. Hüquqi sahədə təcrübə mübadiləsinin əhəmiyyəti qeyd edilərək, səmərəli əməkdaşlıq nəticəsində yüksək ixtisaslı türkiyəli mütəxəssislər tərəfindən hakimliyə namizədlər üçün xüsusi kurslar keçirilməsi, böyük bir qrup hakimliyə namizədin Türkiyədə bir həftəlik təcrübə keçməsi, habelə Türkiyənin yeni, müasir tələblərə cavab verən penitensiar müəssisələrin inşası təcrübəsindən ölkəmizin istifadə etməsi məmnuniyyətlə vurğulanmışdır.

Sürətli inkişaf dövrünü yaşayan Azərbaycanda həyata keçirilən hərtərəfli islahatları, ədliyyə və məhkəmə sahəsində görülən mütərəqqi tədbirləri və əldə edilən uğurları yüksək qiymətləndirən səfir, hüquqi sahədə əlaqələrin və qarşılıqlı səfərlərin hər iki tərəf üçün əhəmiyyətini vurğulamış, əməkdaşlığın genişlənməsinə səylərini əsirgəməyəcəyini bildirmişdir.

Görüşdə hüquqi əməkdaşlığın konkret sahələri ilə bağlı faydalı fikir mübadiləsi aparılmışdır. Sonra qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.

Çap et

09.04.2008
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az