Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
MƏHKƏMƏ-HÜQUQ ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
İclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi və mövcud nöqsanların aradan qaldırılması üzrə görülən tədbirlər qeyd edilmiş, hakimlər barədə başlanılmış intizam icraatlarına baxılmışdır. Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda fəaliyyətində qanunvericiliyin tələblərini kobud surətdə pozduqlarına, o cümlədən vətəndaşların haqlı narazılıqlarına səbəb olan hallara, süründürməçiliyə və digər nöqsanlara yol verdiklərinə görə Lənkəran rayon məhkəməsinin hakimi Azər Səmədova, Qax rayon məhkəməsinin hakimi Atabəy Kiçibəyova, Füzuli-Qubadlı hərbi məhkəməsinin hakimi Adil Qasımova töhmət verilmiş, hakim etikasını pozduğuna görə Sumqayıt hərbi məhkəməsinin hakimi Kamal Əliyevin intizam məsuliyyətinə cəlb edilməklə, iş yerinin dəyişdirilməsi barədə qərar qəbul olunmuşdur.

Həmçinin, iclasda qanunvericiliyin tələblərini pozduqlarına, süründürməçiliyə və vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr yaratdıqlarına görə 4 hakim barədə intizam icraatları başlanılmışdır.

Hakimliyə namizədlərin seçilməsi prosesi ilə bağlı Hakimlərin Seçki Komitəsinin məlumatı dinlənilmişdir.

Bildirilmişdir ki, beynəlxalq standartlara uyğun və ən şəffaf prosedurlar əsasında təşkil olunmuş test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçmiş 102 nəfər hakimliyə namizədlə yarım illik tədris kursu keçirilmişdir. Kurs çərçivəsində namizədlərin hakim olmaq üçün lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə xüsusi diqqət yetirilmiş, insan haqlarının müdafiəsi, məhkəmə etikası, korrupsiyaya qarşı mübarizə və digər aktual məsələlərə dair Avropa Şurası, ATƏT, ABACEELİ, ABŞ səfirliyi, Almaniya Texniki Əməkdaşlıq cəmiyyəti (GTZ) və türkiyəli mütəxəssislər tərəfindən ayrıca təlimlər keçirilmiş, 3 ay ərzində müxtəlif instansiya məhkəmələrində və böyük bir qrup hakimliyə namizəd üçün xaricdə stajkeçmə təşkil olunmuşdur.

Tədris kursunun müvəffəqiyyətlə başa çatması vurğulanaraq onun nəticələri üzrə namizədlərlə şəffaf şəraitdə yazılı imtahanın keçirilməsi məsələlərinə baxılmış və imtahanın aprel ayının 19-da, saat 11:00-da vahid auditoriyada - Azərbaycan Texniki Universitetinin idman zalında təşkili məqbul bilinmişdir.

Çap et

11.04.2008
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az