Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
GƏNC HÜQUQŞÜNASLAR TƏDRİS KURSU KEÇMİŞLƏR
Ölkəmizdə insan haqlarının təmin edilməsinə yönələn köklü islahatların geniş vüsət alması ilə əlaqədar hüquqi maarifləndirmə işinin də gücləndirilməsi, xüsusilə insan hüquqlarının müdafiəsi ilə bağlı hüquqi biliklərin artırılması diqqət mərkəzində saxlanılır.

Bununla əlaqədar, həmçinin, işə qəbulla bağlı müsabiqələrə gənclərin hazırlaşmalarına köməklik məqsədilə Məhkəmə-Hüquq Şurası tərəfindən gənc hüquqşünaslar üçün mütəmadi hazırlıq kursları keçirilir. Növbəti belə kurs cari ilin aprel ayında Gəncə şəhərində təşkil olunmuşdur.

Mütərəqqi tədris üsullarından istifadə edilməklə hazırlanmış həmin kursun tədris proqramında insan hüquqlarının təmin edilməsi üzrə ölkədaxili və beynəlxalq vasitələr, ölkəmizdə aparılan məhkəmə-hüquq islahatının mütərəqqi mahiyyəti ilə bağlı mövzulara xüsusi diqqət yetirilmiş, bu sahədə böyük təcrübəyə malik mütəxəssislərin, o cümlədən beynəlxalq ekspertlərin mühazirələri dinlənilmişdir.

50-ə yaxın gənc hüquqşünasın iştirak etdiyi kursun sonunda çıxış edən Məhkəmə-Hüquq Şurasının üzvü, Gəncə Apellyasiya məhkəməsinin sədri Rafiq Məmmədov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sistemində həyata keçirilən mütərəqqi tədbirləri və onların insan haqlarının qorunmasında rolunu vurğulamış, gənc hüquqşünaslarla keçirilən bu hazırlıq kursunun əhəmiyyətini qeyd etmişdir.

Sonra kursu müvəffəqiyyətlə bitirmiş dinləyicilərə Məhkəmə-Hüquq Şurasının şəhadətnamələri təqdim olunmuşdur.

Çap et

26.04.2008
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az