Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
AVROPA MƏHKƏMƏSİNİN SƏDRİ HAKİMLƏR VƏ HAKİMLİYƏ NAMİZƏDLƏRLƏ GÖRÜŞMÜŞDÜR
Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsində və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqi müstəsna əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanı ilə Avropa Məhkəməsinin presedent hüququnun hakimlər tərəfindən mütəşəkkil öyrənilməsi və tətbiqi tövsiyə edilmişdir. Bu məqsədlə bir çox tədbirlər, o cümlədən tanınmış mütəxəssislərin iştirakı ilə silsilə təlimlər təşkil olunur, məhkəmənin qərarları geniş yayılır.

Eyni zamanda Məhkəmə-Hüquq Şurası tərəfindən Avropa İnsan Hüquqları Məhkəməsinin hakimləri Boştian Zhupançiç, Eqbert Meyer və Xanlar Hacıyevin iştirakı ilə Beynəlxalq Konfrans və digər tədris tədbirləri, konvensiyanın tətbiqi problemləri ilə bağlı geniş seminarlar keçirilmişdir.

Ölkəmizdə səfərdə olan İnsan hüquqları üzrə Avropa Məhkəməsinin sədri cənab Jan-Pol Kosta Avropa Məhkəməsinin təcrübəsi barədə bu gün hakimlər və hakimliyə namizədlər qarşısında mühazirə ilə çıxış etmişdir.

Tədbiri giriş sözü ilə açan Ali Məhkəmənin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Ramiz Rzayev ədalət mühakiməsinin səmərəliliyinin artırılması və demokratik dəyərlərin tətbiqi üzrə Azərbaycanın nailiyyətlərini qeyd etmiş, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi sədrinin hakimlər və hakimliyə namizədlərlə görüşünün və tövsiyələrinin əhəmiyyətini vurğulamışdır.

Avropa Məhkəməsinin presedent hüququnun tətbiqi məsələləri barədə geniş məruzə ilə çıxış edən qonaq Avropa Konvensiyasının müddəalarının düzgün tətbiqi məqsədilə Azərbaycanda həyata keçirilən tədbirlərdən məmnun olduğunu qeyd etmiş, hakimləri və hakimliyə namizədləri maraqlandıran sualları cavablandırmışdır.

Çap et

03.05.2008
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az