Ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında hakimlərin tədrisinin mühüm əhəmiyyəti nəzərə alınaraq, Məhkəmə-Hüquq Şurası tərəfindən bu sahədə ardıcıl tədbirlər görülür.
Məhkəmə-Hüquq Şurası tərəfindən beynəlxalq təşkilatlarla, o cümlədən ATƏT-lə səmərəli əməkdaşlıq çərçivəsində hakimlər və dövlət ittihamını müdafiə edən prokurorlar üçün “İnsan alverinə qarşı mübarizə” mövzusunda iki günlük seminar təşkil olunmuşdur.
İnteraktiv metodlarla Məhkəmə-Hüquq Şurasında keçirilən seminar zamanı insan alveri ilə bağlı beynəlxalq sənədlərdən irəli gələn öhdəliklər, bu sahədə dövlətdaxili hüquqi vasitələr və s. mövzular üzrə təcrübəli beynəlxalq ekspertlərin mühazirələri dinlənilmiş, səmərəli təcrübə mübadiləsi və müzakirələr keçirilmişdir.