Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
HAKİMLİYƏ NAMİZƏDLƏRLƏ TEST İMTAHANI MAY AYININ 7-DƏ KEÇİRİLƏCƏKDİR
Hakimlərin Seçki Komitəsi bildirir ki, hakim vəzifələrinə namizədlərlə test imtahanı may ayının 7-də Bakı İdman Sarayında saat 12:00-da keçiriləcək, nəticələr imtahanın sonunda dərhal elan olunacaqdır.

Test sualları bilavasitə imtahan keçirilən zalda, saat 10:00-dan etibarən seçilib, namizədlərin sayına uyğun çoxaldılacaqdır. Bu prosesi izləmək arzusunda olan bütün hakimliyə namizədlər dəvət olunurlar.

Hakimliyə namizədlər "İmtahana buraxılış vərəqəsi"ni may ayının 4-dən Hakimlərin Seçki Komitəsindən şəxsiyyət vəsiqələrini təqdim etməklə almalıdırlar. Buraxılış rejiminin və namizədlərin yerləşdirilməsinin təmin olunması üçün hakimliyə namizədlər imtahan verilən binanın qarşısına "İmtahana buraxılış vərəqəsi"ndə göstərilən vaxtda gəlməlidirlər.

İmtahana gələrkən hakimliyə namizədlər "İmtahana buraxılış vərəqəsi"ni və şəxsiyyət vəsiqəsini mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda namizəd imtahana baraxılmayacaqdır.


Əlaqə telefonu: 510-82-54

Çap et

01.05.2009
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az