Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
MƏHKƏMƏ-HÜQUQ ŞURASININ SƏDRİ İLƏ GÖRÜŞ

Noyabrın 28-də Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt de Mora və Jozef Debono Qrex ilə görüşmüşdür.

Görüşdə Azərbaycan və Avropa Şurası arasında əməkdaşlığın səmərəliliyi vurğulanmış, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sisteminin müasirləşdirilməsi, yeni infrastrukturun yaradılması, ən son İKT-lərin tətbiqi üzrə görülən işlər qeyd olunmuş, hakimlərin şəffaf seçiminin Avropada örnək kimi dəyərləndirildiyi bildirilmişdir. Eyni zamanda, elektron ədliyyənin inkişafı, müasir penitensiar komplekslərin inşası üzrə aparılan tədbirlər qonaqların diqqətinə çatdırılmışdır.

Həmməruzəçilər Azərbaycanın keçdiyi inkişaf yolunu təqdir etmiş, ölkəmizə hərtərəfli dəstək göstərməyə hazır olduqlarını vurğulamışlar. Qonaqlar həmçinin, Ədliyyə Nazirliyi ilə qarşılıqlı fəaliyyətdən məmnunluqlarını ifadə etmiş, cəzaçəkmə müəssisələrində saxlanma şəraiti ilə tanış olmaq üçün imkan yaradılmasına görə minnətdarlıqlarını bildirmişlər.

Söhbət zamanı, İnsan hüquqları üzrə Avropa Konvensiyasının implementasiyası, o cümlədən ədalətli məhkəmə, sərbəst toplaşmaq, mülkiyyət və s. hüquqlarının tətbiqi barədə fikir mübadiləsi aparılmış, qaldırılan məsələlərə aydınlıq gətirilmişdir.

Çap et

28.11.2012
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az