Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
AZƏRBAYCAN AVROPA ŞURASININ YENİ MÜQAVİLƏSİNƏ İMZA ATMIŞDIR

Avropa Şurası (AŞ) tərəfindən təslimetmə prosedurunu sadələşdirən “Ekstradisiya haqqında” Avropa Konvensiyasına Üçüncü Əlavə Protokol hazırlanaraq imzalanması üçün açıq elan olunmuşdur. Dövlətimiz adından bu sənədi imzalamaq üçün səlahiyyət verilmiş ədliyyə naziri Fikrət Məmmədov bununla əlaqədar mayın 14-də Strasburqa səfər etmişdir. AŞ Baş katibi Turbyorn Yaqland, baş katibin müavini Mod De Bur-Bukikkio və digər məsul şəxslərin iştirakı ilə həmin Protokolun təntənəli imzalanma mərasimi keçirilmişdir. Mərasimdən sonra F.Məmmədovun və T.Yaqlandın görüşü olmuşdur.

Görüşdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən demokratik islahatlar, AŞ ilə səmərəli əməkdaşlıq, o cümlədən məhkəmə sisteminin müasirləşdirilməsi üzrə görülən genişmiqyaslı işlər qeyd olunmuş, Azərbaycanda hakimlərin seçim prosedurunun beynəlxalq aləmdə örnək kimi qiymətləndirildiyi vurğulanmışdır.

Dövlətimizin Avropa Şurası üçün mühüm tərəfdaş ölkə olduğunu bildirən cənab T.Yaqland respublikamızda gedən islahatlara bundan sonra da hər cür dəstək verməyə hazır olduğunu qeyd edərək Azərbaycan və Avropa Şurası arasında əməkdaşlığa dair birgə tədbirlər planının tezliklə qəbul olunmasının əhəmiyyətini vurğulamış, AŞ-nın məişət zorakılığının qarşısının alınması kimi aktual məsələyə dair yeni Konvensiyasının hazırlandığını bildirərək ölkəmizdə bu sahədə görülmüş işlərə, o cümlədən xüsusi qanunun qəbul olunmasına dair məlumatı maraqla qarşılamışdır.

Söhbət zamanı həmçinin, qanunvericiliyin təkmilləşdirilməsi, mətbuat azadlığının və vətəndaş cəmiyyətinin inkişafı və s. məsələlər barədə səmərəli fikir mübadiləsi aparılmışdır.

Səfər çərçivəsində İnsan hüquqları üzrə Avropa Məhkəməsinin sədri Nikolas Bratsa ilə görüş keçirilmişdir.

Görüşdə Avropa Məhkəməsinin qərarlarının icrasına mühüm önəm verilərək bu sahədə görülən işlər, bu yaxınlarda Məhkəmənin səmərəliliyinin artırılmasına dair keçirilmiş Brayton konfransının əhəmiyyəti qeyd olunmuş, konfransda qoyulmuş vəzifələrin ölkəmizdə intensiv implementasiyası, o cümlədən presedent hüququnun öyrənilməsi və tətbiqi, maarifləndirmə tədbirlərinin gücləndirilməsi, aidiyyəti sənədlərin Azərbaycan dilinə tərcümə olunması üzrə işlər vurğulanmışdır.

Azərbaycanın problemli ölkələr sırasında olmadığını məmnunluqla bildirən Sədr respublikamızda aparılan mütərəqqi məhkəmə islahatlarını təqdir edərək* ,* insan hüquqları sahəsində Azərbaycanda qəbul olunmuş Milli Fəaliyyət Proqramının əhəmiyyətini qeyd etmişdir. Həmçinin, Azərbaycan hakimləri üçün həm ölkəmizdə, həm də Strasburqda birgə tədris tədbirlərinin keçirilməsi haqqında razılıq əldə olunmuşdur.

Görüşdə Məhkəmənin Azərbaycandan olan hakimi Xanlar Hacıyev iştirak etmişdir.

Çap et

15.05.2012
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az