Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
AVROPA İTTİFAQI İLƏ ƏMƏKDAŞLIQ GENİŞLƏNİR
Fevralın 7-də Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Filip Lefortla görüşmüşdür.

Azərbaycanın Avropa İttifaqı ilə səmərəli əməkdaşlığını qeyd edən nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi, yeni məhkəmələrin yaradılması, hakimlərin seçimi və tədrisi üzrə işlərdən danışmış, ölkəmizdə hakimlərin seçim prosedurasının Avropa İttifaqının Şərq tərəfdaşlığı ölkələrində məhkəmə islahatlarının gücləndirilməsi layihəsində və Avropa Şurası Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyasının hesabatında müsbət model kimi qiymətləndirildiyini və bu təcrübənin digər dövlətlərə tövsiyə edildiyini vurğulamışdır.

Aİ-nin xüsusi nümayəndəsi F.Lefort missiyası barədə məlumat vermiş, bölgələrdə əməkdaşlıq məsələlərinə toxunaraq mütəşəkkil cinayətkarlıqla mübarizə və narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması sahəsində qarşılıqlı fəaliyyətin əhəmiyyətini vurğulamışdır. Qonağın diqqətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın 20 faizinin işğalı və 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktı çatdırılaraq, nəzarətsiz qalmış bu ərazilərin silah və narkotiklərin qanunsuz dövriyyəsi üçün əlverişli şərait yaratdığı bildirilmişdir.

F.Lefort Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı çərçivəsində Azərbaycan ilə əməkdaşlığın uğurlu və çevik inkişafını məmnunluqla qeyd etmiş, ölkəmizdə məhkəmə sisteminin inkişafı, ədliyyə, o cümlədən penitensiar infrastrukturun müasirləşdirilməsi üzrə aparılan işlərə böyük maraq göstərərək, bu sahədə qazanılmış nailiyyətləri təqdir etmişdir.

Söhbət zamanı Avropa İttifaqı ilə birgə həyata keçirilən “Azərbaycanda ədliyyə islahatlarına dəstək”, habelə Şərq Tərəfdaşlığı Təşəbbüsü çərçivəsində Hərtərəfli İnstitusional Quruculuq proqramları üzrə görülən işlər təqdir olunaraq, bu mühüm layihələrin uğurla icra olunacağına əminlik ifadə edilmişdir.

Tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia iştirak etmişdir.

Çap et

07.02.2012
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az