Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
ÖZBƏKİSTAN AZƏRBAYCANLA HÜQUQİ ƏMƏKDAŞLIĞIN İNKİŞAFINDA MARAQLIDIR

Azərbaycanda səfərdə olan Özbəkistanın Baş prokuroru Rəşitjan Kodirov mayın 3-də Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədovla görüşmüşdür.

Ölkələrimiz arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini qeyd edən nazir dövlət başçılarının qarşılıqlı səfərlərinin bu əlaqələrin inkişafında mühüm əhəmiyyətini vurğulamış, mövcud zəngin müqavilə-hüquq bazasının mövcudluğunu qeyd etmiş, demokratiyanın möhkəmlənməsinə xidmət edən məhkəmə və ədliyyə sahəsində islahatlar barədə məlumat vermişdir.

Qonaq ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli dinamik tərəqqiyə nail olduğunu heyranlıqla qeyd etmiş, Azərbaycan və Özbəkistan arasında əməkdaşlığa dair imzalanmış sənədlərin uğurla həyata keçirildiyini bildirmiş, səfərin iki ölkənin hüquq-mühafizə orqanları arasında əlaqələrin daha da inkişaf etdirilməsinə töhfə olacağına ümidvar olduğunu vurğulamışdır. R.Kodirov respublikamızın Avropa Şurasının 10 ildən artıq fəal üzvü olduğunu nəzərə alaraq, Azərbaycanın hüquqi sahədə təcrübəsinə maraq göstərmişdir.

Görüşdə qarşılıqlı fəaliyyətin perspektivləri müzakirə olunaraq, inzibati və yuvenal ədliyyə, habelə korrupsiya ilə mübarizə, sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və digər maraq kəsb edən məsələlər üzrə faydalı fikir mübadiləsi aparılmışdır.

Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.

Çap et

03.05.2011
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az