Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
GƏNC HAKİMLƏR AVROPA MƏHKƏMƏSİNİN HAKİMLƏRİ İLƏ GÖRÜŞMÜŞLƏR

Ölkə Prezidenti canab İlham Əliyevin tapşırıqlarına əsasən məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlər çərçivəsində əhalinin məhkəmələrə müraciət imkanlarının yaxşılaşdırılması və hüquqlarının daha etibarlı qorunması üçün yeni məhkəmələr, o cümlədən yeddi bölgədə inzibati məhkəmələr yaradılmış, işlərə daha keyfiyyətli baxılması məqsədilə hakim ştatlarının sayı xeyli artırılmış, hakimliyə namizədlər Avropada ən mütərəqqi qaydalarla seçilərək hakim vəzifələrinə təyin edilmişlər.

Yeni təyin edilmiş hakimlər Konstitusiya günü ərəfəsində Ali Məhkəmənin Plenumunda təntənəli and içməklə fəaliyyətə başlamışlar.

Ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu ilk milli Konstitusiyamızın 15 illiyi ilə əlaqədar ölkəmizdə səfərdə olan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri Devid Tor Byorqvinson (İslandiya), Xosep Kasadeval (Andorra), Enn Pauer (İrlandiya) və Xanlar Hacıyev (Azərbaycan) Məhkəmə-Hüquq Şurasının təşəbbüsü ilə yeni təyin olunmuş hakimlərlə görüşmüşlər.

Ali Məhkəmədə təşkil olunmuş tədbirdə Avropa Məhkəməsinin hakimləri tərəfindən məhkəmənin təcrübəsi, presedent hüququnun tətbiqi ilə bağlı məsələlərə toxunulmuş, gənc hakimlərə zəruri tövsiyələr verilmişdir. Tədbirdə dövlət ittihamçıları, aidiyyəti ədliyyə işçiləri və Məhkəmə-Hüquq Şurasının əməkdaşları iştirak etmişlər.

Qonaqlar həmçinin, Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşlər. Görüşdə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinin müstəsna əhəmiyyəti qeyd edilmiş, Avropa Məhkəməsinin hakimləri ilə görüşlər keçirilməsi və fikirlərinin bilavasitə dinlənilməsinin səmərəsi vurğulanmışdır.

Sonra qonaqlar Ali Məhkəmənin binası və məhkəmə hakimiyyətinin tarixinə həsr edilmiş muzeylə tanış olmuş, Avropa məkanında ən gözəl məhkəmə binalarından sayılan bu binanın inşası dövlətimiz tərəfindən məhkəmə hakimiyyətinə verilən böyük əhəmiyyətin təzahürü kimi dəyərləndirilmişlər.

Çap et

12.11.2010
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az