Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
HAKİMLİYƏ NAMİZƏDLƏR BEYNƏLXALQ TƏCRÜBƏNİ ÖYRƏNİRLƏR


Hakimliyə namizədlərlə keçirilmiş çoxmərhələli imtahanlarda müvəffəqiyyət qazanmış 80 nəfər namizədlə uzunmüddətli tədris kursu davam edir. Tədris ili ərzində keçirilən kursun proqramına uyğun olaraq ABŞ səfirliyinin dəstəyi ilə bir həftəlik seminar təşkil olunmuşdur.



Seminarda məhkəmə qərarlarının tərtibi, məhkəmə iclaslarının idarə olunması, hakimlərin etik davranışı, çəkişmə prinsipinin təmini, korrupsiya ilə mübarizə məsələlərinə xüsusi diqqət yetiriləcək, namizədlərin hakimlik vərdişlərinə yiyələnmələri məqsədilə səhnələşdirilmiş məhkəmə prosesləri keçiriləcəkdir.



Ədliyyə Akademiyasında təşkil edilən seminarın açılışı keçirilmişdir. Tədbirdə ölkə prezidenti cənab İlham Əliyevin tapşırığı ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən işlər qeyd olunmuş, hakimliyə namizədlərin tədrisinə böyük önəm verildiyi, ABŞ-dan olan təcrübəli hakimlərin iştirakı ilə keçirilən bu təlimlərin namizədlər üçün əhəmiyyəti vurğulanmışdır.



Sonra seminar hakim Hellen Berriqanın mühazirəsi ilə işini davam etdirmişdir .

Çap et

14.12.2009
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az