AZƏRBAYCAN RESPUBLİKASI ALİ MƏHKƏMƏSİ HAKİMLƏRİNİN TƏYİN EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 131-ci maddəsinin II hissəsinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Aşağıdakı şəxslər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri təyin edilsinlər:
Ağayev Rəşadət Əhməd oğlu,
Cəfərov İlham Məmməd oğlu,
Əliyev Ələsgər Əliabbas oğlu,
İsgəndərov Akif Əsgər oğlu,
Qoldman Tatyana Aleksandrovna,
Seyfəliyev Əli Səlim oğlu.
II. Bu Qərarın birinci hissəsində göstərilən hakimlərin səlahiyyət müddəti “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun keçid müddəalarının 8-ci bəndinə uyğun müəyyən edilir.
III. Bu Qərar 2008-ci il avqustun 1-dən qüvvəyə minir.
O.Əsədov
Azərbaycan Respublikası Milli Məclisinin sədri
Bakı şəhəri, 13 iyun 2008-ci il.