Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
ƏDALƏT MÜHAKİMƏSİNİN SƏMƏRƏLİLİYİNİN ARTIRILMASI ÜZRƏ TƏDBİRLƏR GÖRÜLÜR
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilmişdir. İclasda ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə həyata keçirilən məqsədyönlü tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin beynəlxalq standartlar səviyyəsində, tam şəffaf şəraitdə seçilməsi prosesi ilə bağlı Hakimlərin Seçki Komitəsinin məlumatı dinlənilmişdir.

Bildirilmişdir ki, hakimliyə namizədlərin seçilməsi zamanı 102 nəfər şəxs bütün imtahanları və yarım illik tədris kursunu müvaffəqiyyətlə başa vurmuş və hakim işləmək üçün zəruri hazırlığa yiyələnmişlər.

Məhkəmə-Hüquq Şurası tərəfindən hakimliyə namizədlərin seçilməsi qaydalarına müvafiq olaraq namizədlərlə söhbət mərhələsinə başlanılmışdır.

Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda həmçinin, hakimlər barədə intizam icraatlarına baxılaraq kobud qanun pozuntularına və korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin hakimi Sevil Məmmədovaya töhmət verilmiş, Şəmkir rayon məhkəməsinin hakimi Əmrah Nəcəfovun isə başqa işə keçirilməsi barədə qərar qəbul olunmuşdur.

İclasda qanunvericiliyin tələblərini pozduğuna görə 1 hakim barədə intizam icraatı başlanılmışdır.

Çap et

14.07.2008
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az