Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
MƏHKƏMƏ FƏALİYYƏTİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ ÜZRƏ TƏDBİRLƏR DAVAM ETDİRİLİR
Məhkəmə-Hüquq Şurasının növbəti iclası olmuşdur. Fikrət Məmmədovun sədrliyilə keçirilən iclasda qeyd olunmuşdur ki, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, o cümlədən hakimlərin iş yükünün azaldılması və işlərə daha keyfiyyətli baxılması məqsədilə ölkə Prezidenti cənab İlham Əliyevin fərmanı ilə hakim ştatlarının sayı 50 faiz artırılmış, bununla əlaqədar hakimliyə namizədlərin seçilməsi prosesi aparılmışdır.

Çoxmərhələli seçim prosedurlarında, o cümlədən test üsulu ilə, habelə yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 102 nəfər hakimliyə namizəd yarım illik tədris kursunu, məhkəmələrdə staj keçməni və digər mərhələləri uğurla başa vurmuşlar.

İclasda hakimliyə namizədlərin yüksək bilik və peşə vərdişi nümayiş etdirərək hakim vəzifələrinə təyin olunmaq üçün layiq bilinmələri vurğulanmış və onların birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin olunmaları barədə ölkə Prezidentinə təkliflərin verilməsi qərara alınmışdır.

Çap et

05.08.2008
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az