Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  

VƏTƏNDAŞLARIN QƏBULU

Azərbaycan Respublikası
Məhkəmə-Hüquq Şurasının
27.08.2010-cu il tarixli qərarı
ilə təsdiq edilmişdir

Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasında vətəndaşların qəbul edilmə

Q A Y D A S I

1. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasında vətəndaşların qəbulu "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq Məhkəmə-Hüquq Şurasının Aparatı tərəfindən təşkil edilir.

2. Vətəndaşların müraciətləri (ərizə, şikayət və təklifləri) ilə əlaqədar onların qəbulu Məhkəmə-Hüquq Şurasının sədri və üzvləri, Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri və müvafiq əməkdaşları tərəfindən həyata keçirilir.

3. Məhkəmə-Hüquq Şurasının Aparatının əməkdaşları tərəfindən vətəndaşların qəbulu onların müraciətləri əsasında bütün iş günləri saat 09:00-dan 18:00-dək həyata keçirilir.

4. Məhkəmə-Hüquq Şurasının Aparatının rəhbəri tərəfindən vətəndaşların qəbulu zəruri hallarda dərhal, digər hallarda isə hər həftənin cümə günü saat 09:00-dan 13:00-dək həyata keçirilir.

5. Məhkəmə-Hüquq Şurası üzvlərinin aylar üzrə qəbul günləri və vaxtı Məhkəmə-Hüquq Şurasının Aparatı tərəfindən hər ayın sonunda növbəti ay üçün Şura üzvləri ilə razılaşdırılmaqla müəyyən edilir və vətəndaşları məlumatlandırmaq məqsədi ilə qəbul otağında asılır, həmçinin Şuranın rəsmi internet səhifəsində (http://www.jlc.gov.az) yerləşdirilir.

6. Vətəndaşlar Şuranın sədrinin qəbuluna onların müraciətlərinə Aparatın rəhbəri və Şuranın üzvü tərəfindən baxıldıqdan sonra yazılırlar.

7. Yazılı müraciətlərini vətəndaşlar qəbul otağında xüsusi quraşdırılmış ərizə, şikayətlər qutusuna daxil edə və ya Şuranın Aparatının əməkdaşına şəxsən təqdim edə bilərlər.

8. Qəbul zamanı vətəndaşların təqdim etdikləri müraciətlərinə "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" qanunla müəyyən edilmiş qaydada baxılır.

9. Vətəndaşlar həmçinin Məhkəmə-Hüquq Şurasının rəsmi internet səhifəsi (http://www.jlc.gov.az) vasitəsi ilə də müraciət göndərə bilərlər.

10. Qanunvericiliyə əsasən məhkəmə icraatına müdaxilənin yolverilməzliyi, məhkəmə qərarlarının qanuniliyinin və əsaslığının yalnız yuxarı instansiya məhkəmələrində yoxlanılması nəzərə alınaraq, bu məsələlər üzrə Şurada qəbul aparılmır və vətəndaşa aidiyyəti məhkəmələrə müraciət etmək hüququ izah olunur .


Məhkəmə-Hüquq Şurası üzvlərinin sentyabr ayı üzrə qəbul günləri

Soyadı, adı, atasının adı

Vəzifəsi

Qəbul günü
və vaxtı

Qəbul yeri

1

Ələsgərov Fuad
Murtuz oğlu

Məhkəmə-Hüquq Şurasının üzvü

05.09.2017
saat 14:00

Azərbaycan Respublikasının
Prezidentinin Administrasiyası

2

Əsgərov Ziyafət
Abbas oğlu

Məhkəmə-Hüquq Şurasının üzvü

22.09.2017
saat 14:00

Məhkəmə-Hüquq Şurası, 1-ci mərtəbə, qəbul otağı

3

Əsgərov Namiq
Əli oğlu

Məhkəmə-Hüquq Şurasının üzvü

15.09.2017
saat 11:00

Məhkəmə-Hüquq Şurası, 1-ci mərtəbə, qəbul otağı

4

Cəfərov Azər
Məmməd oğlu

Məhkəmə-Hüquq Şurasının üzvü

08.09.2017
saat 11:00

Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi

5

Qvaladze Rafael
Sergeyeviç

Məhkəmə-Hüquq Şurasının üzvü

06.09.2017
saat 15:00

Məhkəmə-Hüquq Şurası, 1-ci mərtəbə, qəbul otağı

6

Mahmudov Tapdıq
Şükür oğlu

Məhkəmə-Hüquq Şurasının üzvü

29.09.2017
saat 15:00

Məhkəmə-Hüquq Şurası, 1-ci mərtəbə, qəbul otağı

7

Məmmədova Şəlalə
Ağakərim qızı

Məhkəmə-Hüquq Şurasının üzvü

21.09.2017
saat 16:00

Məhkəmə-Hüquq Şurası, 1-ci mərtəbə, qəbul otağı

8

Yusifov Şahin
Yaşar oğlu

Məhkəmə-Hüquq Şurasının üzvü

28.09.2017
saat 15:00

Məhkəmə-Hüquq Şurası, 1-ci mərtəbə, qəbul otağı

9

Səfərov Rizvan
Kamal oğlu

Məhkəmə-Hüquq Şurasının üzvü

25.09.2017
saat 11:00

Məhkəmə-Hüquq Şurası, 1-ci mərtəbə, qəbul otağı

10

Süleymanov Ramiz
Rəhim oğlu

Məhkəmə-Hüquq Şurasının üzvü

22.09.2017
saat 16:00

Naxçıvan MR Ali Məhkəməsi

11

İbrahimov Ramiz
Hilal oğlu

Məhkəmə-Hüquq Şurasının üzvü

20.09.2017
saat 10:00

Məhkəmə-Hüquq Şurası, 1-ci mərtəbə, qəbul otağı

12

Tağıyev Xəqani
Qəhrəman oğlu

Məhkəmə-Hüquq Şurasının üzvü

15.09.2017
saat 16:00

Məhkəmə-Hüquq Şurası, 1-ci mərtəbə, qəbul otağı

13

Əhmədov İlham
Bayram oğlu

Məhkəmə-Hüquq Şurasının üzvü

07.09.2017
saat 14:00

Məhkəmə-Hüquq Şurası, 1-ci mərtəbə, qəbul otağı



Qeyd: Ali Məhkəmənin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Razmiz Rzayevin və Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının üzvü Fikrət Məmmədovun qəbulları müvafiq olaraq Ali Məhkəmə və Ədliyyə Nazirliyində həyata keçirilir.
 




© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az