Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  

HÜQUQ NƏŞRLƏRİ

Məhkəmə-Hüquq Şurasının intizam icraatı üzrə qərarları toplu şəklində illər üzrə nəşr edilərək bütün hakimlərə və digər aidiyyətli qurumlara göndərilir. Toplunun nəşrində əsas məqsəd hakimlərin intizam icraatı üzrə qərarlarla tanış olmalarını təmin etmək və onların qanun pozuntularından çəkinməsinə, ədalət mühakiməsinin nüfuzuna, hakimin yüksək adına, şərəf və ləyaqətinə xələl gətirən hər hansı hərəkətə yol verilməməsinə nail olmaqdır.






"Ədliyyə" qəzeti 2004-cü ildən nəşr olunur. Qəzetdə ölkəmizdə baş verən mühüm ictimai-siyasi hadisələrə, ədliyyə və məhkəmə fəaliyyətinə dair yazılar, hüquqi şəxslərin dövlət qeydiyyatı, sahibkarlıq fəaliyyəti sahəsində qanunvericiliyin şərhi və digər materiallar dərc edilir.









"Qanunçuluq" jurnalı 1966-cı ildən nəşr olunur. Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu sahəsində görülən işləri, ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatının gedişini və nəticələrini, ədliyyə, prokurorluq və digər hüquq-mühafizə orqanlarının, məhkəmələrin fəaliyyətini, insan huquqlarının qorunması sahəsində görülən tədbirləri işıqlandırır, öz səhifələrində görkəmli alimlərin, təcrübəli hüquqşünasların məqalələrinə və gənc mütəxəssislərin çıxışlarına geniş yer verir, Azərbaycan ədliyyəsinin tarixi, məhkəmə təcrübəsi və digər mövzularda materiallar, eləcə də yeni qəbul olunan qanunların, fərmanların və digər normativ-hüquqi aktların mətnlərini müntəzəm şəkildə dərc edir.



2003-cü ilin may ayından etibarən Azərbaycan Respublikası Prokurorluğunda ilk mətbu orqanı kimi "Azərbaycan Prokurorluğu" elmi-praktiki jurnalı dərc edilir. "Azərbaycan Prokurorluğu" jurnalının prokurorluğun gündəlik həyatındakı yeniliklər və ölkəmizdə, o cümlədən prokurorluqda aparılan islahatların gedişi barədə hüquq ictimaiyyətini məlumatlandırmasında rolu təqdirəlayiqdir. Bunlarla yanaşı prokurorluğun işinin təşkilinin elmi əsaslarını təbliğ etmək, nəzəri problemlərə diqqəti artırmaq, prokurorluğun beynəlxalq əlaqələrini, qanunvericilikdəki yenilikləri müntəzəm izləmələri və qanunvericiliyin təkmilləşdirilməsində hüquqşünasların fəal iştirakını təmin etmək sahəsində jurnal qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirir.


"Cəmiyyət və cəza" jurnalı 2000-ci ildən nəşr olunur. Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin təsisçiliyi ilə nəşr olunan jurnalda ölkəmizin penitensiar sisteminin fəaliyyəti və bu sahədə həyata keçirilən islahatlar, məhkumların hüquqlarının təmin edilməsi, onların saxlanma və məişət şəraitinin yaxşılaşdırılması, sağlamlığının qorunması üzrə görülən tədbirlər, insan hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq və yerli qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq məsələləri və digər mövzularda yazılar dərc olunur. Jurnalda, həmçinin əsas materialların rus və ingilis dillərində icmalı oxuculara təqdim olunur.




"Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni" 1997-ci ildən nəşr olunur. Bülletendə Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının Ədliyyə Nazirliyində müvafiq qaydada hüquqi ekspertizadan keçmiş, dövlət qeydiyyatına alınmış normativ hüquqi və normativ aktları dərc edilir. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, normativ hüquqi və normativ aktlar yalnız müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alındıqdan sonra, özlərində başqa hal nəzərdə tutulmayıbsa, dərc olunduğu gündən qüvvəyə minir.




"Yerli özünüidarə orqanlarının normativ aktlarının Bülleteni" 2003-cü ildən nəşr olunur. Bülletendə bələdiyyələrin Ədliyyə Nazirliyində müvafiq qaydada hüquqi ekspertizadan keçmiş, dövlət qeydiyyatına alınmış normativ aktları, eləcə də bələdiyyələrin fəaliyyətini əks etdirən yazılar, elmi və təcrübi xarakterli məqalələr, metodiki vəsaitlər və hüquqi maarifləndirmə ilə bağlı digər materiallar dərc edilir.







"Hakimlərin Seçilməsi Prosesinin Yeni Dövrü" Azərbaycan ədliyyə sisteminin 90 illik yubileyi ərəfəsində dərc edilən bu nəşrdə ölkə Prezidenti cənab İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tapşırıqlarının icrasının yalnız bir həlqəsi olan hakimliyə namizədlərin seçilməsi ilə bağlı prosedurlar əks edilir, ölkəmizin tarixində ilk dəfə tətbiq edilən və analoqu olmayan bu qaydalar barədə məlumat verilir.






"İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Bülleteni" 2007-ci ildən etibarən Azərbaycan dilində aylıq bülleten şəklində nəşr olunur. Büllütendə "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının pozulmuş müddəaları ilə bağlı Avropa Məhkəməsinin qərarları öz əksini tapmışdır. Bülleten ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə aparılan islahatlar çərçivəsində Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işinin təşkil baxımından xüsusi əhəmiyyət kəsb edir.





"Hakimin stolüstü kitabı" Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının yaxından köməkliyi ilə Azərbaycan Hüquqşünasları Konfederasiyası tərəfindən hazırlanan "Hakimin stolüstü kitabı" Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının ayırdığı qrant vəsaiti hesabına nəşr olunur. Vəsait hakimlər, hakimliyə namizədlər və geniş hüquq ictimaiyyəti üçün nəzərdə tutulmuşdur.






"Hüquq mühafizə orqanı əməkdaşının insan hüquqlarına dair məlumat kitabı" Kitab, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının ayırdığı qrant vəsaiti hesabına Azərbaycan Hüquqşünasları Konfederasiyası tərəfi ndən hazırlanaraq nəşr olunur. Vəsait hüquq mühafi zə orqanlarının əməkdaşları, hüquqşünaslar, hakimlər, vəkillər, hüquq müdafi əçiləri və eyni zamanda geniş hüquq ictimaiyyəti üçün nəzərdə tutulmuşdur.






"Korrupsiyaya qarşı mübarizəyə dair normativ hüquqi aktlar"

Korrupsiyaya qarşı mübarizəyə dair normativ hüquqi aktlar. Qanunlar, Fərmanlar, Sərəncamlar, Beynəlxalq müqavilələr, Qərarlar, Əmrlər.

Bu toplu Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası tərəfindən hazırlanmışdır.






 




© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az