Noyabrın 22-i ədliyyə işçilərinin peşə bayramı günüdür. Bu bayram ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis olunmuşdur. Bu gün ölkəmizdə ədliyyə orqanlarının yaradılmasından 90 il ötür. Bu münasibətlə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında mərasim...
Hörmətli ədliyyə işçiləri, hakimlər və veteranlar,
Sizi Azərbaycan ədliyyəsinin 90 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Azərbaycanın ədliyyə sisteminin zəngin tarixi vardır. Əsası Azərbaycan Demokratik Respublikası dövründə qoyulan bu tarix özündə xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirir. 1918-ci il noyabrın 14-də demokratik prinsiplərə əsaslanan məhkəmə sisteminin yaradılmasını nəzərdə tutan Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə...
22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü bu il xüsusilə əlamətdar olmuşdur. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə bir gündə təsis olunan Ədliyyə Nazirliyi 90 illik tarixi dövr ərzində zəngin, kəşməkəşli bir yol keçərək müasir inkişaf mərhələsinə çatmış, dövlətin hüquq siyasətini həyata keçirən orqana çevrilmiş, səlahiyyətləri xeyli genişlənmiş, cəmiyyətdə nüfuzu daha da...
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tapşırıqlarına əsasən kompleks tədbirlər müəyyən olunaraq ardıcıl həyata keçirilir. Qısa müddət ərzində görülmüş tədbirlər, o cümlədən fəaliyyəti mənfi qiymətləndirilən hakimlərin səlahiyyətlərinə xitam verilməsi, hakimlərin və məhkəmə aparatı işçilərinin sayının xeyli artırılması, yüksək hazırlıqlı 157 nəfər hakimliyə namizədlərin seçilərək hakim təyin...
Müasir texnologiyaların istifadəsinə mühüm əhəmiyyət verən ölkəmizdə bu sahədə məqsədyönlü addımlar atılmış, bir sıra mühüm normativ aktlar, o cümlədən informasiya və kommunikasiya texnologiyalarından kütləvi istifadə edilməsini, dövlət idarəetmə orqanlarında və təşkilatlarında elektron sənəd mübadiləsinin geniş tətbiqini nəzərdə tutan Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012) qəbul olunmuşdur.
Ədliyyə Nazirliyi tərəfindən bu məsələyə xüsusi diqqət yetirilərək respublikamızda ilk dəfə olaraq cinayət təqibində müasir texnologiyalardan istifadə edilmişdir. Belə ki, konkret hadisə ilə bağlı istintaqı aparılmış cinayət işinin materialları ilə yanaşı, onun eksperimental elektron versiyası...
Ədalət mühakiməsinin səmərəliliyinin artırılması və məhkəmə fəaliyyətinin təkmilləşdirilməsində hakimlərin tədrisinin mühüm əhəmiyyəti nəzərə alınaraq, bu sahədə ardıcıl tədbirlər görülür.
Məhkəmə-Hüquq Şurası tərəfindən beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası ilə səmərəli əməkdaşlıq çərçivəsində “Avropa İnsan hüquqları konvensiyasının ölkədaxili tətbiqinə dair” iki günlük seminar
Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Fransa Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Qabriel Kellerlə görüşmüşdür.
Dövlətlərimiz arasında hərtərəfli, o cümlədən hüquqi sahədə əlaqələrin getdikcə genişlənməsini razılıqla qeyd edən nazir Azərbaycanda aparılan demokratik islahatlardan, ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi üzrə həyata keçirilən əsaslı tədbirlərdən
Məhkəmə-Hüquq Şurasının geniş iclası keçirilmişdir. Bütün apellyasiya məhkəmələri, Bakı şəhərinin rayon və digər məhkəmə sədrlərinin iştirakı ilə keçirilən iclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri, Ədliyyə Naziri Fikrət Məmmədov ölkəmizdə ən yüksək demokratik standartlar çərçivəsində, mütəşəkkil keçirilmiş prezident seçkilərinin uğurla başa çatmasını, xalqımızın yüksək vətəndaş həmrəyliyi nümayiş etdirərək öz tarixində növbəti nailiyyətə imza atmasını...
Ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Ədliyyə Naziri Mehmet Ali Şahin Məhkəmə-Hüquq Şurasının üzvləri ilə görüşmüşdür.
Qonağı Məhkəmə-Hüquq Şurasında səmimi salamlayan şuranın sədri Fikrət Məmmədov dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə islahatının mütərəqqi mahiyyəti barədə ona məlumat vermiş, Məhkəmə-Hüquq Şurasının fəaliyyəti və məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı görülən işləri, ən demokratik və şəffaf prosedurlarla hakimliyə namizədlərin seçilməsini...
Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda keçiriləcək prezident seçkilərinin müşahidə olunması üzrə Xüsusi Komitəsinin seçkiqabağı missiyasının başçısı Andres Herkelin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 18-də Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədovla görüşmüşdür.
Respublikamızda aparılan hərtərəfli islahatların uğurlarını qeyd edən nazir, dövlətimizin qarşıdan gələn prezident seçkilərini tam şəffaf və demokratik keçirmək iradəsini...