Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  

ƏSAS SƏHİFƏ

"MƏHKƏMƏLƏR VƏ HAKİMLƏR HAQQINDA" AZƏRBAYCAN RESPUBLIKASININ QANUNUNA ƏLAVƏ VƏ DƏYİŞİKLİK EDİLMƏSİ BARƏDƏ" AZƏRBAYCAN RESPUBLİKASININ 2010-CU İL 8 OKTYABR TARİXLİ 1092-IIIQD NÖMRƏLİ QANUNUNUN TƏTBİQ EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 19.10.2010
"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 8 oktyabr tarixli 1092-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1. qüvvədə olan qanunvericilik aktlarının "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə...
   


MƏHKƏMƏ-HÜQUQ ŞURASININ MƏLUMATI 14.10.2010
Ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər davam etdirilir.

Məhkəmə sisteminin yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hakimlər hesabına komplektləşdirilməsi məqsədilə Azərbaycanda hakimliyə namizədlərin seçiminin ən mütərəqqi və şəffaf qaydaları müəyyən edilmiş, bu prosedurlarla 157 nəfər yüksək hazırlıqlı hüquqşünas seçilərək hakim vəzifələrinə təyin olunmuşlar. 78 nəfər...
   


"MƏHKƏMƏLƏR VƏ HAKİMLƏR HAQQINDA" AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA ƏLAVƏ VƏ DƏYİŞİKLİK EDİLMƏSİ BARƏDƏ AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 08.10.2010
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 413; 1999-cu il, № 5, maddə 284, № 7, maddə 396, № 10, maddə 570; 2001-ci il, № 5, maddə 292, № 6, maddə 379, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 4, № 12, maddə 706; 2003-cü il, № 6, maddə 278; 2004-cü il, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 199, № 8, maddələr 597, 598, № 9, maddə 669; 2005-ci il, № 1, maddə 7, № 8, maddə 686; 2006-cı il, № 1, maddə 4, № 12, maddə...
   


HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI 16.09.2010
Hakim vəzifəsinə namizədlərin beynəlxalq standartlar səviyyəsində, tam şəffaf şəraitdə seçilməsi prosesi davam edir.

Test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçərək 2009/2010-cu tədris ili ərzində davam edən tədris kursunu uğurla başa vurmuş...
   


AZƏRBAYCAN BEYNƏLXALQ TƏŞKİLATLARIN FƏAL ÜZVÜDÜR 16.09.2010
Azərbaycan Respublikası nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malik olan və 100-dən çox dövləti birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyası ilə səmərəli əməkdaşlıq edərək, uzun illər Təşkilatın rəhbər orqanı – İcraiyyə Komitəsində təmsil olunur.

Sentyabr ayının 4-dən 10-dək Niderlandın Haaqa şəhərində bütün qitələrdən olan 400-dən çox nümayəndənin, o cümlədən prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq-mühafizə orqanlarının rəhbər şəxslərinin...
   


DÜNYA BANKI İLƏ SƏMƏRƏLİ ƏMƏKDAŞLIQ DAVAM EDİR 14.09.2010
Sentyabrın 14-də Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov Dünya Bankının ölkəmizdə səfərdə olan vitse-prezidenti Filip Le Ueru ilə görüşmüşdür.

Dünya Bankının ölkəmizlə səmərəli əməkdaşlığını vurğulayan nazir dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın analoqu olmayan iqtisadi inkişaf sürətinə nail olduğunu bildirmiş, məhkəmə və ədliyyə sisteminin müasirləşdirilməsi üzrə aparılan genişmiqyaslı islahatlar, o cümlədən
   


BAKI, GƏNCƏ VƏ ŞƏKİ APELLYASİYA MƏHKƏMƏLƏRİNİN SƏDRLƏRİNİN TƏYİN EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 07.09.2010
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsini rəhbər tutaraq qərara alıram:

    1. İman Məmməd oğlu Nağıyev Bakı Apellyasiya Məhkəməsinin sədri...
   


AZƏRBAYCAN RESPUBLİKASININ BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏLƏRİNİN BİR SIRA HAKİMLƏRİNİN VƏ SƏDRLƏRİNİN TƏYİN EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 07.09.2010
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini, habelə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsini rəhbər tutaraq qərara alıram:

1. Aşağıdakı şəxslər birinci instansiya məhkəmələrinin hakimləri təyin...
   


MƏHKƏMƏ-HÜQUQ ŞURASININ MƏLUMATI 27.08.2010
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilmişdir. İclasda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatının ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyi vurğulanmış, dövlət başçısının qanunvericilik təşəbbüsü ilə məhkəmə hakimiyyətinin fəaliyyətini tənzimləyən qanunvericiliyə 22.06.2010-cu il tarixdə edilmiş mütərəqqi dəyişikliklərin ölkəmizin məhkəmə sisteminin inkişafını...
   


HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI 10.08.2010
Ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin müasir beynəlxalq standartlar səviyyəsində, tam şəffaf şəraitdə seçilməsi prosesi davam edir.

Mətbuatda xəbər verildiyi kimi test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçərək 2009/2010-cu tədris ili ərzində davam etmiş tədris kursunu və məhkəmələrdə stajkeçməni başa vurmuş 80 nəfər hakimliyə namizədin peşə hazırlığının yoxlanılması məqsədilə şifahi imtahan keçirilmişdir.

20-dək beynəlxalq və yerli təşkilatlardan olan 30-dan çox müşahidəçinin iştirakı ilə keçirilən imtahanın nəticələri üzrə 78 nəfər...
   


 Səhifə:   Birinci ... 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 ... Son


 













© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az