Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  

ƏSAS SƏHİFƏ

MƏHKƏMƏ-HÜQUQ ŞURASININ SƏDRİ İLƏ GÖRÜŞ 09.02.2017
Fevralın 9-da ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının Sədri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının hüquqi işlər və insan hüquqları komitəsinin Azərbaycan üzrə məruzəçisi Alan Desteks ilə görüşüb.

Azərbaycan və Avropa Şurası arasında səmərəli əməkdaşlığın qeyd olunduğu görüşdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qanunun aliliyinin, insan hüquqlarının təmin olunması üzrə görülən işlər, o cümlədən məhkəmə hakimiyyətinin müstəqilliyi, hakimlərin Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçimi barədə məlumat verilib, Avropa Şurasının Azərbaycan üçün Fəaliyyət Planı çərçivəsində müxtəlif sahələr üzrə mühüm layihələrin həyata keçirildiyi vurğulanıb...
   


ƏDLİYYƏ AKADEMİYASINDA HAKİMLİYƏ NAMİZƏDLƏRLƏ TƏDRİS KURSUNA BAŞLANILIB 30.01.2017
Hakimliyə namizədlərlə şəffaf prosedurlar əsasında, beynəlxalq standartlara uyğun keçirilmiş test üsulu ilə, habelə yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 126 nəfər namizəd uzunmüddətli tədris kursuna buraxılıb.

Ədliyyə Akademiyasında 1 il müddətində davam edəcək kursun proqramı müasir tədris metodu və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb, namizədlərin hakim olmaq üçün lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə xüsusi diqqət yetirilib. Kurs çərçivəsində insan haqlarının etibarlı qorunması, korrupsiya ilə mübarizə, məhkəmə etikası, qərarların tərtibi, qanunvericiliyin yenilikləri və digər aktual məsələlərə dair mövzular nüfuzlu beynəlxalq ekspertlərin iştirakı ilə tədris olunacaq, namizədlərin dünyagörüşünün artırılması
   


MƏHKƏMƏ-HÜQUQ ŞURASININ SƏDRİ BILƏSUVAR RAYONUNDA VƏTƏNDAŞLARI QƏBUL EDİB 27.01.2017
Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin olunması ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq yanvarın 27-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Biləsuvar rayonunda Biləsuvar, Salyan və Cəlilabad rayonlarından olan vətəndaşların qəbulunu keçirib...
   


MƏHKƏMƏ-HÜQUQ ŞURASININ SƏDRİ OĞUZ RAYONUNDA VƏTƏNDAŞLARI QƏBUL EDİB 30.12.2016
Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin olunması ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq dekabrın 30-da ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Oğuz rayonunda Oğuz, Qəbələ və Ağdaş rayonlarından olan vətəndaşların qəbulunu keçirib...
   


HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI 24.12.2016
Ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin mütərəqqi və şəffaf prosedurlar əsasında seçimi davam edir.

Cari ildə keçirilmiş test üsulu ilə və yazılı imtahanlarda müvəffəqiyyət qazanmış 176 nəfər namizədlə Hakimlərin Seçki Komitəsi tərəfindən ötən ayın 16-dan başlayaraq 1 ay ərzində şifahi imtahanlar keçirilmişdir.

Açıq və şəffaf qaydada, beynəlxalq və yerli təşkilatlardan olan müşahidəçilərin iştirakı ilə keçirilən imtahanlar zamanı namizədlərə hüququn müxtəlif sahələrinə dair 5 sual verilmiş və onların hər biri yarım saat ərzində bu sualları...
   


İRANIN ÖLKƏMİZDƏKİ SƏFİRİ İLƏ GÖRÜŞ 22.12.2016
Dekabrın 22-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə ilə görüşüb.

Azərbaycan və İran arasında dostluq və səmərəli əməkdaşlığın qeyd olunduğu görüşdə ikitərəfli münasibətlərin möhkəmlənməsində dövlət başçılarının xüsusi rolu və qarşılıqlı səfərlərinin əhəmiyyəti vurğulanıb, ölkələrimizin zəngin müqavilə bazasına söykənən əlaqələrinin hüquqi sahədə də uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub.
   


ABŞ-IN ÖLKƏMİZDƏKİ SƏFİRİ İLƏ GÖRÜŞ 20.12.2016
Dekabrın 20-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta ilə görüşüb.

Görüşdə Azərbaycan və ABŞ arasında ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub, Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu il ABŞ-a səfərinin uğurlu nəticələri qeyd edilib, ölkəmizin 25 illik müstəqillik dövründəki inkişafı vurğulanıb. Həmçinin, məhkəmə islahatı, o cümlədən hakimlərin beynəlxalq aləmdə örnək kimi dəyərləndirilən ən şəffaf seçimi, elektron məhkəmənin tətbiqi və digər əldə olunan nailiyyətlər maraqla qarşılanıb, habelə qrantların verilməsi prosedurunda "bir pəncərə" prinsipinin tətbiqi ilə bağlı dövlət başçısının Fərmanı alqışlanaraq sənədin mühüm əhəmiyyət kəsb etdiyi bildirilib...
   


AZƏRBAYCAN VƏ UNİSEF SƏMƏRƏLİ ƏMƏKDAŞLIQ EDİR 19.12.2016

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətimizin həssas təbəqəsi olan uşaqların hüquqlarının etibarlı təmin olunmasına xidmət edən məqsədyönlü işlər aparılır, bu sahədə beynəlxalq təşkilatlarla, xüsusilə BMT-nin Uşaq Fondu - UNISEF ilə səmərəli əməkdaşlıq edilir.

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov UNISEF-in ölkəmizdəki nümayəndəliyinin yeni rəhbəri Edvard Karvardin ilə görüşüb.

Azərbaycan və UNISEF arasında əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edən nazir dövlət başçısının rəhbərliyi ilə insan haqlarının, o cümlədən uşaq hüquqlarının qorunması üzrə görülən işlərdən, məhkəmə-hüquq və penitensiar sistemlərdə aparılan islahatlardan danışıb. Həmçinin, yuvenal ədliyyənin inkişafına xüsusi diqqət yetirilərək...
   


MƏHKƏMƏLƏR VƏ HAKİMLƏR HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNDA DƏYİŞİKLİK EDİLMƏSİ BARƏDƏ AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 16.12.2016
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 413; 1999, № 5, maddə 284, № 7, maddə 396, № 10, maddə 570; 2001, № 5, maddə 292, № 6, maddə 379, № 7, maddə 455; 2002, № 1, maddə 4, № 12, maddə 706; 2003, № 6, maddə 278; 2004, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 199, № 8, maddələr 597, 598, № 9, maddə 669; 2005, № 1, maddə 7, № 8, maddə 686; 2006, № 1, maddə 4, № 12, maddə 1005; 2007, № 5, maddələr 439, 446, № 7, maddə 712, № 11, maddə 1078, № 12, maddə 1222; 2008, № 3, maddə 163, № 7, maddə 609; 2009, № 2, maddə 46, № 11, maddə 878; 2010, № 7, maddə 596, № 10, maddə 842; 2011, № 4, maddə 265; 2013, № 1, maddə 21; 2014, № 2, maddə 85, № 7, maddələr 782, 784; 2015, № 2, maddə 98, № 4, maddə 346, № 5, maddə 483, № 11, maddə 1286; 2016, № 6, maddə 1004) 101-ci maddəsinin beşinci hissəsinin birinci cümləsində “on gün” sözləri “72 saat” sözləri ilə əvəz edilsin...
   


MƏHKƏMƏ-HÜQUQ ŞURASI HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNDA DƏYİŞİKLİK EDİLMƏSİ BARƏDƏ AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 16.12.2016
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 1, maddə 8, № 8, maddə 686; 2006, № 1, maddə 4; 2007, № 4, maddə 321; 2010, № 7, maddə 596; 2011, № 2, maddə 71, № 6, maddə 484; 2012, № 12, maddə 1228; 2013, № 12, maddə 1467; 2014, № 7, maddə 783; 2015, № 2, maddə 99, № 4, maddə 347, № 11, maddə 1287) 1-ci maddəsində “və hakimlərin” sözləri “, hakimlərin və məhkəmə sisteminin” sözləri ilə əvəz edilsin...
   


 Səhifə:   Birinci ... 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 ... Son


 




© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az